Mehman Hüseynovun "Sancaq" səhifəsinin taleyi necə olacaq? - Açıqlama
Cəmiyyət
16:18 / 03.03.2017
1079
Xəbər verdiyimiz kimi, blogger Mehman Hüseynov bu gün həbs olunub.
"Azxeber" xəbər verir ki, Mehman Hüseynovun həbsindən sonra qardaşı hüquq müdafiəçisi Emin Hüseynov "Sancaq production" səhifəsində canlı yayıma çıxıb.
O bildirib ki, Mehmanın həbsindən sonra "Sancaq" səhifəsini özü idarə edəcək: "Mən qeyd etmək istəyirəm ki, bundan sonra səhifəni mən və dostlarımız idarə edəcək. Bu işə könüllü qoşulmaq istəyənlər varsa, onlarla da danışa bilərik".
Qeyd edək ki, Daxili İşlər Nazirliyi bloggeri xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Məhkəmənin qərarı ilə blogger 2 illik həbs olunub.