ABŞ kəşfiyyatı Qarabağ GİZLİNLƏRİNİ ÜZƏ ÇIXARTDI: - torpaqların azad olunması...

ABŞ kəşfiyyatı Qarabağ GİZLİNLƏRİNİ ÜZƏ ÇIXARTDI: - torpaqların azad olunması...

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) "kölgəsi" hesab olunan "Stratfor" analitik mərkəzi Dağlıq Qarabağda baş verən toqquşmaları şərh edib.

Sfera.az publika.az-a istinadən xəbər verir ki, analitik mərkəz Rusiyanın son zamanlar Dağlıq Qarabağ münaqişəsində əsas arbitr kimi öz mövqelərini möhkəmləndirdi: "Moskva Azərbaycan və Rusiyada öz strateji maraqlarının inkişafı üçün Qarabağ münaqişəsindən istifadə edə bilər. Azərbaycan status-kvonu dəyişmək və danışıqların yenilənməsi üçün Rusiya ilə sıx əməkdaşlıq edir. Çünki əraziləri yalnız bu yolla qaytarmaq mümkündür. Lakin Rusiya da bu vəziyyətdən istifadə edərək, Azərbaycanda öz maraqlarının gücləndirə bilər".

Məqalədə Ermənistanın Rusiyadan asılılığına diqqət çəkilir.

"İrəvan böyük addımlar ata bilməz. Bu ölkədə strateji silahların əksəriyyəti rusların nəzarətindədir. Münaqişə tərəflərinin heç biri Rusiya ilə anlaşmadan böyük addım atmaq istəmir", - deyə mərkəz qeyd edir.

"Stratfor" yazır ki, ötən il baş verən "aprel döyüşləri" zamanı Rusiya neytral mövqeyi ilə Ermənistanı meydandan tək buraxdı: "Buna görə də Rusiya-Ermənistan münasibətləri son aylar sınaqdan keçir. Bununla belə Ermənistanda alternativin yoxluğu İrəvanın başqa tərəfdaş seçməsi imkanlarını məhdudlaşdırır. Son zamanlar Moskva və Bakı arasında təhlükəsizlik sahəsində əməkdaşlıq güclənsə də, Ermənistan bu vəziyyətdə heç nə edə bilmir"


OXŞAR XƏBƏRLƏR

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...