İlham Əliyev Bolqarıstan Prezidentini təbrik edib

İlham Əliyev Bolqarıstan Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevə təbrik məktubu göndərib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Bolqarıstanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.

İnanıram ki, Azərbaycan-Bolqarıstan dostluğu və əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli və ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


OXŞAR XƏBƏRLƏR

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...