Bakı əhalisi üçün pulsuz yerlər ayrılacaq - Prezidentdən fərman

Bakı əhalisi üçün pulsuz yerlər ayrılacaq - Prezidentdən fərman
"Avtomobillər üçün nəzərdə tutulan yeraltı və yerüstü dayanacaqlardakı qiymətlər sadə azərbaycanlının yaşayışına, gəlirlərinə, məskunlaşma səviyyəsinə görə çox bahadır”.

Bunu İstiPess-ə nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, avtodayanacaqlar sahəsindən, tələbatından asılı olaraq fərqli qiymətlər olmalıdır.

"Standart tariflər ola bilməz, qiymətlər dəyişkən olmalıdır. Bəzi yerlərdə baha, bəzi yerlərdə isə ucuz qiymətlər məqsədəuyğundur. Məsələn, Əhmədli və Yasamalda 1 saatı 1 manata çox bahadır. Və ya Bakının bəzi yerlərində avtodayanacağın qiyməti 1 saatdırsa, 5 saatı 5 manata olması düzgün deyil. Saat artdıqca qiymət düşməlidir”, - deyə Ərşad Hüseynov bildirdi.

Yeraltı dayanacaqlarda maşın saxlayan bəzi sürücülər də mövcud qiymətlərdən narazıdırlar. Onların sözlərinə görə, yeni tikilən yeraltı dayanacaqlar şəhərin ümumi görkəminə bir yaraşıq gətirsə də sürücülərin ciblərinə heç də yaraşıq gətirmir, çünki hazırkı Azərbaycan reallığına görə qiymətlər bu dayanacaqlarda çox baha qoyulub.

Düzdür, yeraltı dayanacaqlardakı qiymətlərdən razı olanlar da az deyil. Belə sürücülərə 4500 tutumu olan "Qış bulvarı” deyilən dayanacaqda rast gəlmək olar. Burada 1 saata kimi maşın saxlayanlar 50 qəpik ödəyir. "GARAGE” Fəvvarələr meydanında isə əhalinin gurluğunu və mərkəzdə olduğunu nəzərə alaraq 15 dəqiqəyədək kassaya pul ödəmirsən. Belə sürücülər daha çox yol kənarında dayanmamaq üçün bura daxil olur və "Torqovı”da alver edən və yaxud gəzən tanışını götürüb aparır.


OXŞAR XƏBƏRLƏR

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...