The Huffington Post-un eksperti: "Mən qürurla Mehriban Əliyevanı öz ölkəmin Birinci vitse-prezidenti elan edərdim"

The Huffington Post-un eksperti:
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması onun siyasi təcrübəsinin və fəaliyyətinin nəticəsidir.
 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qadın hüquqları üzrə ekspert, doktor Mellori Moss Kats ABŞ-ın "The Huffington Post" nəşrindəki məqaləsində yazıb.

Müəllif qeyd edir ki, Mehriban Əliyevanın Azərbaycanda və ondan kənarda humanitar töhfəsi onun təhsil və səhiyyə xidmətlərininin yaxşılaşdırılması yolu ilə öz xalqına sədaqətini əks etdirir.

Məqalədə yazılıb: "Açıq danışsaq, indiki təlatümlü müddətdə mən qürurla Mehriban Əliyevanı öz ölkəmin Birinci vitse-prezidenti elan edərdim. Ümid edirəm ki, günlərin birində ABŞ bu vəzifədə qadını qəbul edə bilər".

Məqalədə, həmçinin qeyd olunur ki, Mehriban Əliyeva öz xalqı tərəfindən böyük etimad görür: "ABŞ-da bəzi birinci xanımlar kimi Mehriban Əliyeva Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir. Amerikanın ən populyar birinci xanımları - Nensi Reyqan və Eleonora Ruzvelt xalqı tərəfindən sevilirdi. Xalq hesab edirdi ki, onlar prezident postunda olmuş həyat yoldaşlarının uğurlarında böyük rol oynayıblar".


OXŞAR XƏBƏRLƏR

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...

"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.   Sfera.az xəbər verir k...

Bu BÜRCLƏRİN əlinə tezliklə çoxlu pul gələcək

Bürcün bəzi əlamətləri yaxın gələcəkdə maliyyə vəziyyətində əhəmiyyətli yaxşılaşma gözləyə bilər.    Sfera.az-ın məlumatına görə, bəziləri üçün ...