Şəhidin son sözləri: "Ata, mənə 15 manat pul göndərərsən"

Şəhidin son sözləri:

Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Əhmədov Elvin Süleyman oğlunun cənazəsi Tovuzun Yanıqlı kənd qəbristanlığında torpağa tapşırılıb.

Sfera.az xəbər verir ki, bu barədə azvision.az-a şəhidin yaxınları məlumat veriblər. Dəfn mərasimində Yardımlı Rayon İcra Hakimiyyəti, Müdafiə Nazirliyinin nümayəndələri və rayon sakinləri iştirak ediblər. 

Bildirilib ki, şəhid E.Əhmədov ötən gün günorta saatlarında atası ilə sonuncu dəfə telefonla danışıb: 
"Elvin bir aydan sonra hərbi xidməti başa vurub evə qayıdacaqdı. O, çox ağıllı, səmimi, tərbiyəli gənc idi. Orta məktəbi bitirən kimi hərbi xidmətə yollanmışdı. Ailəsi, hamımız onun yolunu gözləyirdik. Dünən günorta atası ilə telefonda danışıb deyib ki, kənddən ora bir nəfər gedəcək, onun vasitəsi ilə 15 manat mənə pul göndərərsən, evə qayıtmaq üçün lazım olacaq. Ailəsi elə də imkanlı deyil. Təsərrüfatla məşğul olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz şəhidlərimizlə qürur duyuruq", - deyə şəhidin yaxınları söyləyiblər.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...