Şəhidimizin atası: "Vətənə hamımızın canı fəda olsun"

Şəhidimizin atası:

"Tovuzun və ölkəmizin qəhrəman oğullarından biri Əhmədov Elvin Süleyman oğlu ön cəbhədə baş verən döyüşlər zaman qəhrəmancasına şəhid olub. Elvin qardaşımız Yanıqlı kəndindəndir. Bu gün Xocalı soyqrımı ilə bağlı tədbirdə çıxış etmək üçün İtaliyada səfərdə olduğumuzdan əziz şəhid ailəmizin yanına gedə bilmədim və çox üzgünəm. Dəyərli şəhid qardaşımızın atası ilə telefonla danışdıq. Belə qəhrəman övladların valideynləri də mərddir, vətən sevdalıdır".

Milli.Az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva sosial şəbəkə hesabında yazıb. Millət vəkili fikrlərinin davamı olaraq: "Səbr dilədiyim şəhidimizin atası, deyəsən, səsimin titrədiyinin fərqində idi və telefonda: "Qənirə xanım, oğlumla qürur duyuram, təki vətən sağ olsun, Vətənə hamımızın canı fəda olsun", - dedi. Belə şəhid ailələri qarşısında, sadəcə, baş əymək lazımdır. Nur içində yatsın şəhid qardaşımız. Konfrans bitən kimi, inşallah, Tovuza gəliib ailəmizi ziyarət edəcəm. İnanıram ki, Tovuz şəhidimizi yüksək səviyyədə son mənzilə yola salacaq. Qanınız yerdə qalmayacaq, əziz şəhidlərimiz", - sözlərini qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...