Banklarımızın kredit faizləri niyə yüksəkdir? - VİDEO

Banklarımızın kredit faizləri niyə yüksəkdir? - VİDEO

Hazırda Mərkəzi Bankın qərarı ilə istehlak kreditləri üzrə yüksək faiz dərəcəsi maksimum 29 faiz ola bilər. Ancaq bu göstərici belə hazırda qonşu ölkələrdə təklif olunan istehlak kreditlərindən ən az iki dəfə bahadır. "Xəzər Xəbər” bunun səbəblərini və Azərbaycanda verilən istehlak kreditlərinin qonşu ölkələrlə müqayisəli təhlilini aparıb.

Azərbaycan banklarında faiz dərəcələri Mərkəzi Bankın tövsiyyələri və tətbiq etdiyi 29 faizlik maksimum limit sayəsində bir qədər aşağı ensə də, yenə də qonşu ölkələrlə müqayisədə həddən artıq yüksək olaraq qalmaqdadır.

Məsələn Azərbaycanda hazırda istehlak kreditləri üzrə faiz dərəcələri 25-29 faiz arasındadır. Halbuki, qonşu Türkiyə, Gürcüstan və Rusiyada bu faizlər demək olar ki, ən pis halda iki dəfə daha aşağıdır.

Məsələn, Rusiyada itehlak kreditləri üzrə faiz dərəcəsi 10 faiz, Gürcüstanda 8.75 faiz, Qazaxıstanda 12, Ukraynada 14, Moldovada 9 faizdir. Azərbaycanda isə istehlak kreditlərinin ən aşağının həddinin 25 faiz olduğunu nəzərə alsaq bu o deməkdir istehlak kreditləri qonşu ölkələrdən 2 dəfə daha baha təklif olunur.

İqtisadçı-alim Vüqar Bayramovun sözlərinə görə istehlak kreditlərinin faiz dərəcələri Bakı və regionlar arasında da fərqlənir. Belə ki, Bakıda 20 faizədək istehlak krediti tapmaq mümkün olduğu halda, bölgələrdə bu faizlər 29 faizə qədər yüksəlir. Ekspertin sözlərinə görə istehlak krediti bazarını canlandırmaq və insanların pula çıxışını təmin etmək üçün istehlak krediti faizlərinin yenidən tənzimlənməsinə ehtiyac var.

Vüqar Bayramov onu da qeyd edir ki, kommersiya banklarının 3 faizdən dolları depozit kimi qəbul edib sonra onu 24 faizlə yəni 8 dəfə baha qiymətə kredit şəklində yenidən insanlara verməsi qəbuledilməzdir və bunun qarşısı Mərkəzi Bank tərəfindən alınmalıdır.

 

Məsələ ilə bağlı Banklar Assosiasiyası ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Azərbaycanda istehlak kreditlərinin faizlərinin yüksək olmasına səbəb depozit faizlərinin qonşu ölkələrlə müqayisədə yüksək olmasıdır. Bundan başqa Azərbaycanda girovların realizasiyasında problemlərin yaranması, eləcə də risklərin yüksək olması səbəbindən kredit faizləri nisbətən yükəskdir.

 


OXŞAR XƏBƏRLƏR

Bu əskinaslarda saxta variantlar AŞKARLANDI - RƏSMİ AÇIQLAMA

2024-cü ilin üçüncü rübündə Rusiyada rubl əskinaslarının 2057 saxta variantı aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın...

AFFA 3 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət veri...

Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək

Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır. Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Y...

Avtomobilinizlə suya düşəniz, bunları mütləq edin! - Xilas olmağın yolları

Məlum olduğu kimi, ötən gün paytaxtda fasiləsiz yağan yağışlar vətəndaşlara çətin anlar yaşadıb. Sabunçuda isə tunelə yağış sularının dolması nəticəsində 2 nəfə...

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışdı

“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.   Sfera.az xəbər veri...

“Ezel”in tanınmış aktyoru vəfat etdi - FOTO

Tanınmış türk aktyor Tekin Temel vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun köməkçisi məlumat yayıb.   O bildirib ki, sənətçi 5...