"Ermənilərə o dərsi yenidən keçməyə hazırıq"

"Cəbhə xəttində təxribatlar törətmək, Azərbaycan mövqelərinə məqsədli şəkildə hücumlar təşkil etmək, əldə edilmiş razılıqları pozmaq Ermənistana xas olan bir məsələdir".

Sfera.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, son günlərdə cəbhə xəttində baş verən gərginlik ilk növbədə Ermənistanda qarşıdan gələn parlament seçkilərində əlavə siyasi dividendlər qazanmaq üçün nəzərdə tutulub:

"Amma Ermənistan yaddan çıxarır ki, bu gün onların qarşısında artıq ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil. Dövlətimiz iqtisadi baxımdan kifayət qədər güclənib, beynəlxalq birlikdə böyük nüfuza malikdir. Bundan başqa, bu gün Azərbaycan Ordusu ən müasir texnikalara malikdir. Son günlər cəbhə xəttində törətdiyi təxribatlar Ermənistana başucalığı gətirməyəcək. Bütün əməllərinə, tökdüyü qanlara görə Ermənistan cavab verməli olacaq".

Deputat qeyd edib ki, son hadisələr göstərir ki, Ermənistan rəhbərliyi ötən ilin aprel hadisələrindən heç bir nəticə çıxarmayıb: "Əgər belədirsə, biz o dərsi yenidən keçməyə hazırıq".


OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...