Mehriban Əliyeva: "Sizin səmimi diləkləriniz və dəstəyiniz mənim üçün çox vacibdir"

Mehriban Əliyeva:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yeni vəzifəyə təyin olunması münasibətilə onu təbrik edənlərə öz təşəkkürünü bildirib.

Sfera.az AZƏRTAC-a istinadən xəbər veirr ki, Mehriban Əliyevanın təşəkküründə deyilir:

"Əziz dostlar!

Bu günlər mən cənab Prezidentin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağım münasibətilə həm ölkəmin müxtəlif guşələrindən, həm də xaricdən çox sayda təbriklər alıram.

Yeni vəzifədə mənə dəstək dolu sözlərinizi, diləklərinizi dərin minnətdarlıq hissi ilə oxuyuram.

Bu təyinat mənim üçün çox böyük etimad və şərəfdir. Çünki bütün fəaliyyətim boyu mənim üçün əsas prioritet ölkəmizin və xalqımızın maraqları olmuşdur.

İndiyədək Heydər Əliyev Fondu bir çox əhəmiyyətli layihələr reallaşdırıb və mən bununla fəxr edirəm. Bu illər ərzində biz Azərbaycanın həyatında baş verən müsbət dəyişikliklərə öz töhfəmizi verməyi bacarmışıq.

Amma yeni təyinat qarşıma artıq yeni hədəflər qoyur, yeni imkanlar açır.

Mən gələcəyə nikbin baxıram. Çünki bu gün Azərbaycan qüdrətli, özünü təsdiq etmiş bir dövlətdir. Bizim inkişaf üçün böyük potensialımız, ən əsası isə insan kapitalımız vardır.

Əziz dostlar, mən ölkəmə, sizə, bizim yaradıcılıq enerjimizə inanıram.

Ölkəmizin gələcəyi, onun inkişafı və firavanlığı üçün bizim hər birimiz cavabdehik.

Bu gün sizin səmimi diləkləriniz və dəstəyiniz mənim üçün çox vacibdir.

Mən bu dəstəyi hər zaman, fəaliyyətimin bütün mərhələlərində hiss etmişəm. Hesab edirəm ki, əsl minnətdarlıq özünü yalnız sözdə deyil, konkret əməldə göstərməlidir.

Sizi əmin edirəm ki, indiyədək önəm verdiyim prinsiplərə - öz Vətənimə və xalqıma xidmət, mərhəmət və ədalət, tolerantlıq və ümumbəşəri dəyərlərə bundan sonra da sadiq qalacağam.

Hər birinizə uğurlar, cansağlığı və firavanlıq, doğma Vətənimizə isə sülh və inkişaf arzulayıram!"



OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...