Tramp ABŞ-ın nüvə arsenalını genişləndirmək niyyətindədir

Tramp ABŞ-ın nüvə arsenalını genişləndirmək niyyətindədir

 

 

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun lider mövqeyini nümayiş etdirmək üçün ölkənin nüvə arsenalını genişləndirmək niyyətində olduğunu bəyan edib. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Tramp bunu "Reuters” agentliyinə müsahibəsində bildirib.

Onun fikrincə, ABŞ hazırkı nüvə potensialı ilə xeyli geridə qalıb. Tramp ölkəsinin konkret hansı ölkədən geri qaldığını dəqiqləşdirməyib.

"ABŞ-ın nüvə sahəsində heç kimdən geri qalmaq fikri yoxdur, biz də başqaları kimi potensialımızı genişləndirəcəyik”, - bunu Trampın nüvə arsenalının genişləndirilməsi bəyanatına şərh verən Ağ Evin mətbuat katibi Şon Spayser deyib.

 

"Tramp açıq şəkildə bəyan etdi ki, ABŞ bu sahədə üstünlüyü heç kimə verməyəcək. Əgər digər ölkələr nüvə potensialına malikdirlərsə, bu sahədə üstünlük ABŞ-da olacaq. Vaşinqton əslində buna heç də can atmır”, - o deyib.

O qeyd edib ki, "Reuters”ə müsahibə zamanı Trampa verilən sual başqa ölkələrin nüvə arsenalının genişləndirilməsi ilə bağlı olub: "Bizim məqsədimiz – Amerikanın bu sahə üzrə bütün dünyada üstünlük saxlamasına əmin olmaqdır. Əgər digər ölkələr nüvə potensialını artırırsa, biz buna sakitcə kənardan baxmaq niyyətində deyilik və buna yol verməyəcəyik”, - Spayser sözünü yekunlaşdırıb. 

 


OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...