Şotlandiya parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edildi

Şotlandiya parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edildi

Şotlandiya parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı faciəsinə siyasi qiymət verilməsi qərara alınıb və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin hadisələrə siyasi qiymət verilməsi haqqında qərarın mətni parlamentin saytında yerləşdirilib.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, Şotlandiya Parlamenti üzvlərinin mütləq əksəriyyəti öz adlarını qətnamə layihəsinin mətninə əlavə etməklə təklif olunan qətnamənin qəbul olunmasına dəstək veriblər.

Qəbul olunmuş qətnamədə Azərbaycanla Şotlandiya arasında qarşılıqlı dostluq və faydalı əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanmaqla bərabər, 1990-ci illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində həyata keçirilmiş işğal faktı qətiyyətlə pislənilir, Xocalıda baş verən qanlı hadisələr isə Dağlıq Qarabağın yerli əhalisinə qarşı soyqırımı kimi tanınır. Parlament üzvlərinin 80 %-nin tərəfdar çıxdığı Qərarda Xocalı soyqırımını törədənlərin hərəkətləri müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, gələcəkdə bu cür hadisələrin dünyanın heç bir yerində baş verməməsi üçün belə bir Qətnamənin qəbul olunmasının zəruriliyi qeyd olunur. Qərarda həmçinin BMT tərəfindən qəbul olunmuş 4 qətnaməyə məhəl qoymayan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 %-nin hələ də işğal altında saxlandığı vurğulanır, münaqişənin beynəlxalq hüquq normaları əsasında həll olunmasına dəstək ifadə olunur.

Qətnamənin surəti Şotlandiya Parlamentinin rəhbərliyi və parlamentdə təmsil olunmuş bütün siyasi fraksiyaların rəhbərləri tərəfindən bu gün Şotlandiya parlamentinə səfər etmiş Azərbaycan nümayəndə heyətinə təqdim olunub.

Nümayəndə heyətinin tərkibinə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Azərbaycan - Böyük Britaniya parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Cavanşir Feyziyev, Şotlandiyada Azərbaycan icmasının rəhbəri Fuad Ələkbərov və səfirliyin əməkdaşları daxil olublar.

Qeyd edək ki, ötən ilin noyabrında Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə və Milli Məclisin üzvü, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şotlandiyaya işgüzar səfər ediblər. Səfər zamanı Şotlandiya parlamentində bir sıra görüşlər keçirilib, görüşlərdə şotlandiyalı parlamentarilərə verilən ətraflı məlumatlar əsasında bu ilin fevral ayının əvvəllərində Şotlandiya parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı faciəsinə siyasi qiymət verilməsi qərara alınıb və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin hadisələrə siyasi qiymət verilməsi haqqında qərarın mətni parlamentin saytında yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR

65 yaşlı müəllimdən imtahanda yüksək nəticə

Ümumi təhsil müəssisələrində riyaziyyat fənnini tədris edən müəllimlər üçün sertifikatlaşdırılma imtahanında könüllü iştirak edən 65 yaşlı müəlim yüksək nəticə ...

Azərbaycanda toyda kütləvi zəhərlənmə - ADLAR - YENİLƏNDİ - 2

Ağstafada toyda zəhərlənənlərin sayı artıb.   Sfera.az-ın məlumatına görə, Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy...

Olland: "Fransada makronizm erası bitmək üzrədir"

“Fransada makronizm (Fransa prezidenti Emmanuel Makron - Qeyd) erası bitmək üzrədir”.   Sfera.az xəbər verir ki, bu barədə Fransanın keçm...

Bolqar şahzadəsinin illər ərzindəki dəyişimi görənləri şoka salır - Fotolar

Bolqarıstan şahzadəsi Kalina təkcə həyatındakı qalmaqallı anları ilə tanınmır. Onun xarici görünüşündə baş verən dəyişikliklər son vaxtlar cəmiyyətdə narahatlıq...

Qax və Zaqatala sakinləri Alazan çayında BATDILAR

Qax və Zaqatala sakinləri Alazan çayında batıblar.   Sfera.az-ın məlumatına görə, iyun ayının 20-də Qax rayon Qaysarlı kənd sakini Hümbətov Rövşən Hü...

Pakistan genişmiqyaslı antiterror əməliyyatına BAŞLADI

Pakistanın Baş naziri Şahbaz Şərif yeni genişmiqyaslı antiterror kampaniyasını təsdiqləyib.   Sfera.az xəbər verir ki, bu barədə Pakistan hökumətinin...