Azərbaycan vətəndaşı Türkiyədə daha bir otel açır

Azərbaycan vətəndaşı Türkiyədə daha bir otel açır

Azərbaycanlı iş adamı Əbu Bəkr Türkiyənin Kapadokya bölgəsində otel açır.

Sfera.az virtualaz-a istinadən xəbər verir ki, Azərbaycanın "12 Group" Şirkətlər Qrupu tərəfindən Kapadokyada tikiləcək otel bu şirkətin "Ajwa Hotel Sultanahmet"dən sonra Türkiyədə açdığı ikinci oteldir.

1400-cü illərdə inşa edilən qədim karvansaranın restavrasiya edilərək tikilən "Ajwa Hotel Kapadokya"da 52 otaq və 6 villa xidmət göstərəcək.

Fərqli dizaynda təqdim olunacaq otelin divarlarında türk sənətkarlarla yanaşı azərbaycanlı sənətkarların da əl işlərindən ibarət tablolar yer alacaq. Həmçinin Azərbaycandan məxsusi olaraq gətirilmiş ipək xalçalar, klassik bəzəkli işıqlandırmalar, tavan işləmələrinin olduğu otel keyfiyyət ətir və ipək şallar satılacağı hədiyyəlik əşya dükanı, sənət qalereyası və antikvar dükanı ilə tamamlanacaq.

Qeyd edək ki, bu yaxınlarda açılışı olan Azərbaycan əsilli iş adamına məxsus Sultanəhməddəki otelə azərbaycanlı Ramin Nuriyev rəhbərlik edir. 6798 kv metr ərazisi olan otel 61 otaqdan ibarətdir.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...