ABŞ-dan Azərbaycan manatına təhdid - Pulumuz təhlükədə

ABŞ-dan Azərbaycan manatına təhdid - Pulumuz təhlükədə
"FED-in il ərzində 3 dəfə uçot dərəcəsi artırması bazarlarda çalxalanmaya səbəb ola bilər".

Sfera.az xəbər verir ki, bunu a24.Az-a açıqlamasında iqtisadçı Məhəmməd Talıblı ABŞ Federal Ehtiyyatlar Sisteminin (FES) rəsmisi Patrik Harkerin "mart ayında dolların faiz dərəcəsinin artırılmasının masada müzakirə olunacağı” barədə açıqlamasını şərh edərkən deyib.

Məhəmməd Talıblının sözlərinə görə, FES-in il ərzində 3 dəfə uçot dərəcəsi artırması adi hal deyil: "FES-in qərarının belə kəskin artırılması təcrübəsi yoxdur. Uçot dərəcəsini 3 dəfə artırmaq adi hadisə deyil. Bu, bazarların çalxalanması və bəzi iqtisadi kataklizmlərə yol açan amil ola bilər. Ona görə, bir iqtisadçı kimi belə proqnozlaşdırıram ki, növbəti görüşdə uçot "stavkası” nisbi faizlə artırılacaq. Bu, gələn ay baş verəcək. Çünki FES-in növbəti toplantısı martın 15-də olması planlaşdırılır”.

"FES-in bu addımı atmasının əsas səbəbi avro-dollar proporsiyasında dolların nisbi dəyər itirməsidir. Hətta türk lirəsi də dəyər qazanıb. Ona görə, dolların nisbi dəyər itirməsi belə FES-in preventiv (önləyici) addımlar atmasını zəruri edir. Uçot stavkasından sonra manatın dəyər itirməsi prosesi əvvəlki səviyyəsindən də yuxarı olacaq”, - M.Talıblı əlavə edib.


Məsələyə münasibət bildirən iqtisadçı Cəfər İbrahimli açıqlamasında gələn ay üçün uçot dərəcəsinin artırılacağını deməyin çox çətin olduğunu bildirib: "Uçot dərəcəsinin gələn ay qalıdırılıb-qaldırılmayacağı, may ayında artırılacağını indidən demək çətindir. FES-in uçot dərəcəsinin artırıb-artmırmaması birbaşa Azərbaycan Mərkəzi Bankına təsir etmir. Düzdü, uçot dərəcəsinin artırılması müəyyən vaxtdan sonra manatın qiymətinə təsir göstərə bilər. Amma həmin an yox. Çünki bizim manat beynəlxalq bazarlarda, dünyanın böyük bankları tərəfindən alqı-satqı əməliyyatlarında iştirak etmədiyinə görə, FES-in hər hansı dəyişikliyi ona təsir etmir. Ola bilsin ki, 5-6 ay sonra ABŞ dolları kəskin dəyər istirsin və ya bahalaşsın, belə olan halda, bizim ticari tərəfdaşımız olan ölkələrin valyutaları ilə bağlı dəyişmə manata təsir göstərə bilər. Amma FES-in uçot dərəcəsini artırdığı anda bizdə də manatın bahalaşmasını gözləmirəm. Manat rubl kimi deyil ki, dolların uçot dərəcəsi artırılanda həmən təsir etsin”.


Qeyd edək ki, bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən hərracda dolların məzənnəsi 1,7447 səviyyəsində formalaşıb. Sabaha olan rəsmi məzənnə də 1.7447 səviyyəsində müəyyənləşdirilib.

Xatırladaq ki, FES-in növbəti iclası mart ayının 14-15-də baş tutacaq. FES rəsmilərinin sözlərinə görə, 2017-ci il ərzində dolların faiz dərəcəsi 3 dəfə artırılacaq.

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...