TRT 1-in Azərbaycanda yayımının bərpasına dair razılıq əldə olunub

TRT 1-in Azərbaycanda yayımının bərpasına dair razılıq əldə olunub

Türkiyənin TRT 1 telekanalının Azərbaycanda yerüstü rəqəmli yayımı ilə bağlı Milli Televiziya və Radio Şurası (MTRŞ) və TİKA arasında razılıq əldə olunub.

Sfera.az  xəbər verir ki, MTRŞ-nın Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov APA-ya bildirib ki, analoq yayımla bağlı müqavilə olduğu üçün yeni müqavilənin bağlanmasına ehtiyac qalmayıb.
 
Şöbə müdiri qeyd edib ki, mövcud müqavilə 2018-ci ilə qədər qüvvədədir: "TİKA və MTRŞ arasında razılıq əldə olunub, TRT 1 telekanalının yaxın zamanlarda yayımı bərpa olunacaq. Bakı şəhəri və Abşeron yarımadası ərazisində TRT 1 48-ci TV yayım kanalında, bölgələrdə isə ümumölkə TV proqramları ilə eyni paketdə yayımlanacaq. Rəqəmli TV yayımına keçilməsi bu telekanalın ölkəmizdə yayımlanması üçün heç bir texniki problem yaratmamışdı. Sadəcə, rəqəmli yayım üzrə yayımın şərtləri analoq yayımının şərtlərindən fərqli olduğuna və TRT 1 rəhbərliyi bu şərtləri araşdırmadığına görə telekanalın Azərbaycanda yayımı dayandırılmışdı".
 
Qeyd edək ki, Azərbaycanlı rəqəmli TV yayımına keçildikdən sonra TRT 1-in yerüstü yayımı ötən ildən dayandırılıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV yayımı dayandırılıb. Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir. TRT 1 Azərbaycan və Türkiyə hökumətlərarası (TRT 1, keçmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Milli Televiziya və Radio Şurası arasında imzalanmış) müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanıb


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...