Sərkisyan: “Azərbaycandan birtərəfli güzəştlər istəmirik...”

Sərkisyan: “Azərbaycandan birtərəfli güzəştlər istəmirik...”

Bu gün Ermənistan prezidenti Serj Sərkisyan Müdafiə Nazirliyinə gedərək ordunun komandan heyəti ilə görüşüb, onların qarşısında nitqlə çıxış edib.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, Sərkisyan çıxışında əsasən Ermənistanda apreldə keçiriləcək parlament seçkiləri və ölkənin parlament üsul-idarəçiliyinə keçidinə hazırlıqla bağlı danışıb.

Ermənistan prezidenti deyib ki, silahlı qüvvələr partiyalardan və siyasətdən kənardadır. Onun sözlərinə görə, müdafiə naziri Vigen Sərkisyan hakim Respublika partiyasının seçki siyahısına başçılıq etsə də heç bir seçkiqabağı təbliğat aparmayacaq və səlahiyyətlərinin icrasına zidd addımlar atmayacaq.

"Orduda partiyalararası müzakirələr olmayacaq, və biz də belə müzakirələri orduya yeritməyəcəyik. Üstəlik xəbərdarlıq edirəm ki, belə hallara görə cəza nəzərdə tutulur", - Sərkisyan deyib.

Ermənistan dövlət başçısının sözlərinə görə, ehtiyatlı olmaq lazımdır, çünki Azərbaycan Ermənistandakı seçkiqabağı mübarizədən istifadə edə bilər. Ona görə də Sərkisyan orduya "parlament seçkiləri dövründə ayıq və uzaqgörən olmağı" tapşırıb.

Daha sonra Qarabağ məsələsindən danışan Sərkisyan deyib ki, münaqişənin nizamlanmasında hansısa dönüş hazırda mümkün deyil. Yeganə yol Azərbaycanla Ermənistan arasında qüvvələrin tarazlığını saxlamaqdır:

"Bakı bizi həmişə status-kvonu saxlamaqda günahlandırır. Lakin bu, doğru deyil. Hamını əmin etmək istəyirəm ki, biz doğrudan da problemin həllini arzu edirik. Ancaq reallıq belədir ki, azərbaycanlılar bizim üçün məqbul olmayan həll təklif edirlər, bu səbəbdən problem həll olunmur".

Ermənistan prezidenti əlavə edib ki, danışıqlar davam etməli, sülh əldə olunmalıdır. Ancaq birtərəfli güzəştlər hesabına yox. "Biz situasiyanı dəqiq dərk edirik və Azərbaycandan birtərəfli güzəştlər gözləmirik. Eyni zamanda Azərbaycanın da bu sadə, aydın prinsipi anlamasını istəyirik" - o deyib.

Sərkisyan əlavə edib ki, Ermənistan Azərbaycanla silahlanma yarışına girməyəcək, ancaq qüvvələr balansını saxlayacaq. Çünki onun fikrincə bu qüvvələr balansının pozulması cəhdi hərbi əməliyyatların yenidən başlanması riskini yaradır.



OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...