Azərbaycan Dünya Kubokunda ikinci oldu - YENİLƏNİB
19:03
Sərbəst güləş üzrə Azərbaycan millisi İranın Kirmanşah şəhərində keçirilən Dünya Kubokunda 3-cü yeri tutub.
Sfera.az report-a istinadən xəbər verir ki, Firdovsi Umudovun baş məşqçi olduğu komanda bürünc medal qarşılaşmasında Türkiyə yığmasını böyük hesabla yenib - 6:1.
Azərbaycan təmsilçilərindən yalnız David Suynuçxanov görüşünü məğlubiyyətlə başa vurub. Qalan 7 pəhləvan isə çətinlik çəkmədən qələbə qazanıb.
Azərbaycan - Türkiyə - 7:1
57 kq. Georgi Edişeraşvili - Sezar Akgül - 8:7
61 kq. Əli Rəhimzadə - Cengizxan Erdoğan - 0:0 (rəqibi xəbərdarlıqla uduzub)
65 kq. Hacı Əliyev - Safa Aksoy - 12:2 (təmiz qələbə)
70 kq. David Suynuçxanov - Yakub Qor - 2:10
74 kq. Murad Süleymanov - İslam Kılıç - 5:0
86 kq. Şərif Şərifov - Selim Yaşar - 2:1
97 kq. Aslanbek Alborov - Faruk Akkoyun - 9:1
125 kq. Cəmaləddin Məhəmmədov - Salim Ercan - 4:0 (tuşe)
Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokunda qrup mərhələsinin İlk görüşündə Rusiyaya xal hesabı ilə 32:29, Gürcüstana 5:3 hesabı ilə qalib gəlsə də, ABŞ-a texniki xallara görə uduzub - 14:20.
---------
13:55
İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.
Sfera.az goal.az-a istinadən xəbər verir ki, ilk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə bitiriblər. Ancaq xalların keyfiyyətinə görə 32-29 öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.
Yarımqrupun son görüşünü komandamız ABŞ idmançılarına qarşı keçirib. Ümumi hesab 4:4 olsa da, texniki xallara görə 20:14 üstün ABŞ idmançıları finala yüksəlib. Qeyd etmək lazımdır ki, 74 kq çəki dərəcəsində hesabda öndə olan güləşçimiz Murad Süleymanova hakimlər tərəfindən qeyri-obyektiv qərarlar nəticəsində texniki məğlubiyyət verilib.
Yığmamız Türkiyə komandası ilə 3-cü yer uğrunda həlledici görüşə çıxacaq.