Bakıda qadın sevgilisini bıçaqladı, sonra xəstəxanaya apardı - YENİLƏNİB - FOTO - VİDEO

Bakıda qadın sevgilisini bıçaqladı, sonra xəstəxanaya apardı -  YENİLƏNİB - FOTO - VİDEO

18:51

Bakıda qadın qeyri-rəsmi nikahda olduğu ərini bıçaqlayıb.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Nizami rayonu Şirin 

Mirzəyev küçəsi, 58 saylı binada baş verib. Paytaxt sakini Emin Bayramov qeyri-rəsmi

 nikahda yaşadığıAygün Ağayeva ilə mübahisə edərkən qadın mətbəx bıçağı ilə ona xəsarət yetirib.

 Daha sonra isə yaralını xəstəxanaya aparıb.

Həkimlərin səyi nəticəsində onun həyati təhlükəsi aradan qaldırılıb. Hadisə ilə bağlı aidiyyəti üzrə 

25-ci polis bölməsi məlumatlandırılıb. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri

 nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Aygün Ağayeva saxlanılaraq istintaqa təhvil verilib.

 Qadın dindirilərkən Emin Bayramovun hər gün evə sərxoş gələrək onu və uşaqlarını döydüyünü və 

ünvanına nalayiq sözlər işlətdiyini bildirib. Bu səbəbdən də son mübahisədə Emini vurmaq məcburiyyətində 

qaldığını söyləyib. 

Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma

 maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.

-----------

12:37

Bakıda adam bıçaqlayan qadın tutulub.

Sfera.az DİN-in saytına istinadən bildirir ki, Nizami rayon 25-ci Polis Bölməsinin əməkdaşlarının həyata

 keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Emin Bayramova bıçaqla xəsarət 

yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini Aygün Ağayevasaxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR