Dərman firması əməkdaşlarının həkimlərlə sövdələşmə aparmasına qadağa qoyulub
İqtisadiyyat
13:33 / 16.02.2017
1219
Səhiyyə Nazirliyi dərman firmalarının əməkdaşlarının iş vaxtı xəstəxanalara gedib həkimlərlə sövdələşmə aparmasına qadağa qoyub.
Sfera.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin (SN) Əzçaçılıq subyektləri ilə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov deyib.
O qeyd edib ki, SN bu məsələlərə ciddi nəzarət edir və bu cür hallar aşkar olunduğu halda, lazımi tədbirlər görülür: "Əgər vətəndaşlar hansısa xəstəxanalarda bu cür hallarla rastlaşarlarsa, Səhiyyə Nazirliyinə müraciət edə bilərlər".