Dolların hərrac məzənnəsi açıqlandı
İqtisadiyyat
13:26 / 16.02.2017
1353
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7351 səviyyəsində formalaşıb. Beləliklə, manatın orta çəkili məzənnəsi bugünkü hərracda 0,3% zəifləyib.
Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,7296 səviyyəsində müəyyən edib.