Dövlət qurumlarında yoxlama aparılıb

Dövlət qurumlarında yoxlama aparılıb

Hesablama Palatası dörd qurumda audit aparıb.

Sfera.az azvision.az-a istinadən bildirir ki, audit Vergilər Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə, Nazirliyin 4 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsinin "Ümumi dövlət xidmətləri" bölməsindən ayrılan vəsaitlərin və "Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu"nun vəsaitlərinin proqnozlaşdırılması və icrasına, eləcə də Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinə dair olub.

Palatanın Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə qərarların layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb. İclasda, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi ərazilərdə leysan olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bakı və Abşe...

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

“Melissa Group”un rəhbəri həbsdən buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.  ...