Azərbaycan neftinin qiyməti
İqtisadiyyat
09:57 / 16.02.2017
1110
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,45 dollar, yaxud 0,78% azalıb.
Sfera.az Report-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,97 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.