Qızıl ucuzlaşıb
İqtisadiyyat
11:08 / 11.02.2017
1151
Amerika fond bazarında Dow Jones indeksi 0,48% - 20 269,37 bəndədək, S&P 500 0,36% - 2 316,10 bəndədək, NASDAQ 0,33% - 5 734,13 bəndədək möhkəmlənib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,40% - 7 258,75 bəndədək, Almaniya DAX-ı 0,21% - 11 666,97 bəndədək, Fransa CAC-40-ı isə 0,21% - 4 828,32 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,90 dollar azalaraq 1 235,90 dollara, gümüş isə 0,19 dollar artaraq 17,93 dollara satılıb.