Prezidentin tapşırığı ilə dövlət qurumlarının nümayəndələri, icra başçıları Bakı meriyasına toplandılar

Prezidentin tapşırığı ilə dövlət qurumlarının nümayəndələri, icra başçıları Bakı meriyasına toplandılar

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bakı Şəhər İcra Hakimiyyətində geniş müşavirə keçirilib.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 dekabr tarixli Fərmanının icrası ilə əlaqədar keçirilən müşavirədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri, "Azərişıq", "Azəravtoyol", "Azərsu" ASC-lərin sədrləri, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin rəisi, Bakı şəhəri rayonlarının və Abşeron rayonunun icra hakimiyyətlərinin başçıları, Bakı Apelyasiya Məhkəməsinin, Bakı şəhərinin, paytaxt rayonlarının və Abşeron rayon məhkəmələrinin sədrləri, prokurorları, polis idarələrinin rəisləri, Bakı şəhər rayonlarının və Abşeron Rayon İcra Hakimiyyəti başçılarının qəsəbə, kənd və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu sahədəki mövcud vəziyyət, buraxılmış nöqsanlar və görüləcək tədbirlərlə bağlı məlumat verib.

 

Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev qeyd olunan Fərmanın icrası ilə əlaqədar qarşıda duran vəzifələrlə bağlı çıxış edib, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrini müşavirə iştirakçılarına çatdırıb.


OXŞAR XƏBƏRLƏR

TƏBİB rəhbərindən saxta plastik cərrahlarla bağlı AÇIQLAMA

"TƏBİB tabeli tibb müəssisələrində keçirilən plastik cərrahiyyə əməliyyatları ilə bağlı problem olmayıb.   Sfera.az xəbər verir ki, bunu TƏ...

Təcili tibbi yardıma 800 minə yaxın müraciət oldu

Bu ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb.   Sfera.az xəbər verir...

“Qızımı öldürməzdən əvvəl “semiçka” da almışdı ki...” - Mədinənin dəhşətli ölümü ilə bağlı DETALLAR + VİDEO

Ağstafanın Vurğun qəsəbəsində 19 yaşlı qadın bıçaqlanaraq qətlə yetirilib.   Sfera.az-ın İTV-yə istinadən məlumatına görə, 23 yaşlı Valeh Qədimov həy...

Polisdən bu şəxslərə XƏBƏRDARLIQ! - "Səfərlərinizi..."

Hər il olduğu kimi bu il də bayram və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin sayının çox olacağı gözlənilir.    Bu barədə Sfera.az...

Tədavülə yeni 3 qəpiklik buraxıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənmə...

İtkin düşən 4 nəfər tapıldı

Dekabrın 21-də və 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarı...