Bahar Muradova: "Ermənistan təkcə son 25 ildə deyil, yüz illər boyu Azərbaycan torpaqlarına ərazi iddiası ilə çıxış edib"

Bahar Muradova:

"Ermənistan təkcə son 25 ildə deyil, yüz illər boyu Azərbaycan torpaqlarına ərazi iddiası ilə çıxış edib, biz zaman-zaman ərazilərimizi itirmişik, vətəndaşlarımız qırğınlara məruz qalıb, mədəniyyət abidələrimiz darmadağın edilib".

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

B.Muradova bildirib ki, Azərbaycan beynəlxalq aləmi məsələ barədə düzgün məlumatlandırmaq, Azərbaycana qarşı törədilən cinayətlərə hüquqi qiymət verilməsi və cinayətkarların cəzalandırılması ilə bağlı işlər aparıb:

"Ancaq təəssüflər olsun ki, bu gün ərazilərimizin bir hissəsi hələ də erməni işğalı altındadır, insanlarımız öz evlərində, yurdlarında yaşamaq kimi fundamental hüquqlarından məhrum olublar. O zamankı Azərbaycan hökuməti dünya ictimaiyyətini vaxtında bu cinayətlərin mahiyyəti barədə məlumatlandırmadı. Bu hadisələrə dünya səviyyəsində ilkin münasibət yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra verildi, BMT-yə müraciət edildi, çoxsaylı cinayət işləri qaldırıldı. Lakin cinayətkarlar bəlli olsa da, onlar qonşu ölkələrdə rəhbərlikdə və digər vəzifələrdə çalışırlar və cinayətdən yayınırlar".


OXŞAR XƏBƏRLƏR

Təcili tibbi yardıma 800 minə yaxın müraciət oldu

Bu ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb.   Sfera.az xəbər verir...

“Qızımı öldürməzdən əvvəl “semiçka” da almışdı ki, yeyib-içəcəyik” - Mədinənin dəhşətli ölümü ilə bağlı DETALLAR + VİDEO

Ağstafanın Vurğun qəsəbəsində 19 yaşlı qadın bıçaqlanaraq qətlə yetirilib.   Sfera.az-ın İTV-yə istinadən məlumatına görə, 23 yaşlı Valeh Qədimov həy...

Polisdən bu şəxslərə XƏBƏRDARLIQ! - "Səfərlərinizi..."

Hər il olduğu kimi bu il də bayram və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin sayının çox olacağı gözlənilir.    Bu barədə Sfera.az...

Tədavülə yeni 3 qəpiklik buraxıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənmə...

İtkin düşən 4 nəfər tapıldı

Dekabrın 21-də və 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarı...

İKTA yazı müsabiqəsi elan edir

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Rəqəmsal dövrdə int...