DÜNYANI SİLKƏLƏYƏCƏK XƏBƏR! 11 sentyabr terror aktının təşkilatçısından Obamaya ŞOK MƏKTUB

DÜNYANI SİLKƏLƏYƏCƏK XƏBƏR! 11 sentyabr terror aktının təşkilatçısından Obamaya ŞOK MƏKTUB
"The Miami Herald” nəşri 2001-ci il sentyabrın 11-də Nyu Yorkda törədilən terror aktının əsas təşkilatçısı hesab olunan Xalid Şeyx Məhəmmədin məktubunu dərc edib.

Sfera.az publika.az-a istinadən xəbər verir ki, məktub ABŞ-ın keçmiş prezidenti Barak Obamaya ünvanlanıb.
Məktub 2015-ci ilin yanvarında Quantanamo həbsxanasında yazılıb. Lakin həbsxananın əməkdaşları onu dövlət başçısına göndərmək istəməyiblər. Məktubun mətni məhbusun vəkilinin müraciətindən sonra məhkəmənin qərarı ilə Obamaya çatdırılıb.

18 səhifəlik məktubda Ağ Evin ünvanına ittihamlar yer alıb və terror aktlarının törədilməsinin səbəbləri izah olunur. "Biz sizə 9/11 günündə müharibəyə başlamadıq. Bunu siz özünüz və sizin bizim ölkəmizdəki diktatorlar etdi”, - deyə Məhəmməd məktubunda ABŞ-ın xarici münaqişələrə hərbi müdaxilələrinin uzun siyahısını yazıb.

Həmçinin o əlavə edir ki, amerikalıların xarici siyasəti bütün dünyada günahsız insanları öldürüb. Məhəmməd məktubunda sabiq prezident Barak Obamanı "ilanın başı” və "tiran”, ABŞ-ı "zülmkar ölkə” adlandırıb: "Sizin əllərinizdə Qəzzada qətlə yetirilən uşaqlar, qan qardaşlarımız və bacılarımızın qanı hələ qurumayıb”.

Məhbus qeyd edir ki, ölüm hökmündən qorxmur və heç vaxt mərhəmət üçün xahiş etməyəcək. O bildirib ki, ölüm cəzası və ya ömürlük həbs cəzası perspektivi qorxulu deyil. "Əgər sizin məhkəməniz məni ölümə məhkum edərsə, mən böyük sevinclə Allahın və peyğəmbərlərin dostlarını, siz bütün dünyada ədalətsiz şəkildə öldürdüyünüz insanları və şeyx Üsama Bin Ladeni görəcəyəm”, - deyə Şeyx Məhəmməd Xalid yazıb.

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...