Vəkillər Kollegiyası: "Belarus o halda Lapşini Azərbaycana verməzdi ki..."

Vəkillər Kollegiyası:

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarusda saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi qanunlar çərçivəsində həyata keçirilib.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü Bəxtiyar Muradov deyib.

Hüquqşünas bildirib ki, Azərbaycanın cinayət qanunvericiliyi təkmilləşib və ölkə bir çox beynəlxalq konvensiyalara qoşulub:

"Azərbaycan Avropa Şurasının üzvüdür. Ölkə Avropa çərçivəsində bir sıra konvensiyalara - cinayət işlərində hüquqi yardım göstərilməsi, cinayət törətmiş şəxslərin ekstradisiya edilməsi, eyni zamanda, MDB çərçivəsində olan konvensiyalara qoşulub. Aleksandr Lapşinin ekstradisiya edilməsi prosesi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12-ci maddəsinin tələblərilə həyata keçirilib. Həmin maddədəki müddəalar digər ölkələrin qanunvericiliyində də əksini tapıb. Maddədə Azərbaycan Respublikası hüdudlarından kənarda və ölkə ərazisində törədilən cinayətlər göstərilir. Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir və Aleksandr Lapşin də Azərbaycan ərazisində cinayət törədib. Cinayət Məcəlləsinin 12-ci maddəsində bunlar qeyd olunub".

B.Muradov həmçinin bildirib ki, Məcəllənin 11-ci maddəsində isə Azərbaycan ərazisində başlayan, törədilən və başa çatan cinayətlər göstərilir: "Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, burada istər Lapşin, istər digər xarici ölkə vətəndaşı, istər vətəndaşlığı olmayan şəxs cinayət törədərsə, bu, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət hesab edilir. Bu prosesdə cinayət təqibi isə Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun aparılır. Onun barəsində Azərbaycan məhkəmələri tərəfindən hökm çıxarılmalıdır. Lapşinin Dağlıq Qarabağda olub, orada cinayət törədib, açıq çağırışlar edib, bu hərəkətlər Azərbaycanın Cinayət Məcəlləsinin 11-ci maddəsinin təsiri altına düşür".

B.Muradov sözügedən məsələ ilə bağlı digər məqamlara da aydınlıq gətirib:

"Hesab edək ki, Lapşin Azərbaycana qarşı təxribat xarakterli məlumatları ölkəmizin hüdudlarından kənarda yayıb, xaricdə bu istiqamətdə təbliğat aparıb. Azərbaycan Cinayət Məcəlləsinin 12.2-ci maddəsində göstərilir ki, əgər əcnəbi vətəndaşlar Azərbaycan Respublikasının hüdudlarından kənarda ölkəmizin vətəndaşlarına, dövlətimizin maraqlarına qarşı cinayət törətdikləri və bu cinayətə görə xarici ölkədə məhkum olunmadıqları halda, bu Məcəllə əsasında onlar cinayət məsuliyyətinə cəlb olunurlar. Əgər xarici kütləvi informasiya vasitələri Aleksandr Lapşinin xaricdə cinayət törətdiyini və Azərbaycan ərazisində cinayət törətmədiyini iddia edirsə, o zaman Azərbaycan Cinayət Məcəlləsinin 12-ci maddəsində göstərilən müddəalara nəzər salsınlar. Bu maddədə göstərilir ki, həmin şəxs barəsində cinayət işi başlanır, onun yeri müəyyən olunmursa, barəsində axtarış elan edilir. Təqsirləndirilən şəxs barəsində axtarış elan ediləndən sonra onun barəsindəki cinayət işinin icraatı dayandırılır. Cinayətkarın hansı ölkədə olduğu müəyyən ediləndən sonra onun barəsində həmin ölkəyə sorğu göndərilir. Bundan başqa, Azərbaycan Respublikasının "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiyası) haqqında" qanunu var. Belarus hökumətinin Lapşini Azərbaycana təhvil verməsinə gəlincə, bu ölkə onu Azərbaycana təhvil verməyə bilməz. Belarus o halda Lapşini Azərbaycana verməz ki, həmin ölkə onun törətdiyi cinayət barədə istintaq materiallarını Azərbaycandan alıb, özü cinayət məsuliyyətinə cəlb etsin".
Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Bundan əvvəl Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər davam etdirilir. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi. Ötən gün A.Lapşin Bakıya gətirilib. Bundan əvvəl isə Belarus Ali Məhkəməsi tərəfindən bloqer A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərardan şikayəti rədd edilib.


OXŞAR XƏBƏRLƏR

TƏBİB bu il 80 ədəd təcili tibbi yardım avtomobili alıb

İl ərzində yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunan 80 ədəd təcili tibbi yardım avtomobili alınıb.   Sfera.az xəbər verir ki, bunu ...

TƏBİB rəhbərindən saxta plastik cərrahlarla bağlı AÇIQLAMA

"TƏBİB tabeli tibb müəssisələrində keçirilən plastik cərrahiyyə əməliyyatları ilə bağlı problem olmayıb.   Sfera.az xəbər verir ki, bunu TƏ...

Təcili tibbi yardıma 800 minə yaxın müraciət oldu

Bu ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb.   Sfera.az xəbər verir...

“Qızımı öldürməzdən əvvəl “semiçka” da almışdı ki...” - Mədinənin dəhşətli ölümü ilə bağlı DETALLAR + VİDEO

Ağstafanın Vurğun qəsəbəsində 19 yaşlı qadın bıçaqlanaraq qətlə yetirilib.   Sfera.az-ın İTV-yə istinadən məlumatına görə, 23 yaşlı Valeh Qədimov həy...

Polisdən bu şəxslərə XƏBƏRDARLIQ! - "Səfərlərinizi..."

Hər il olduğu kimi bu il də bayram və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin sayının çox olacağı gözlənilir.    Bu barədə Sfera.az...

Tədavülə yeni 3 qəpiklik buraxıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənmə...