Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Cəmiyyət
19:25 / 03.07.2025
3758
İyulun 3-ü saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.