ABŞ İranı seçim qarşısında qoyacaq - VARİANTLAR

ABŞ İranı seçim qarşısında qoyacaq - VARİANTLAR

ABŞ vitse-prezidenti qeyd edib ki, İran ABŞ ilə danışıqlara getməsə, Vaşinqtonu bir neçə seçim qarşısında qoyacaq. 

 

Vitse-prezident hansı variantları nəzərdə tutur?

 

Sfera.az-a bu barədə açıqlama verən politoloq Elçin Xalidbəyli Yaxın Şərqdə baş verənlərin bütün dünyaya təsir edə biləcək miqyasda hadisələr olduğunu bildirib.

 

Politoloq qeyd edib ki, xüsusilə regionun ətrafında yerləşən dövlətlər üçün ciddi təhlükələr gözlənilir: 

 

 

“Bu kontekstdə ABŞ-nin Yaxın Şərqi yenidən formalaşdırmaq niyyəti aydın şəkildə sezilir və artıq bu istiqamətdə konkret addımlar atılmağa başlanıb. Ən narahatedici məqam isə odur ki, ABŞ hazırda İrana qarşı həyata keçirdiyi hərbi kampaniyanı bir növ hərbi-siyasi tamaşaya çevirmək istəyir. Xüsusilə də bu prosesin Trampın piarına xidmət etməsi məqsədi güdülür. Lakin belə təbliğat xarakterli kampaniyalar, təəssüf ki, müxtəlif xalqların, o cümlədən günahsız insanların taleyinə ağır nəticələr gətirə bilər”.

 

E.Xalidbəyli artıq ABŞ-nin İran ərazisinə hərbi zərbə endirdiyini, lakin bu hərbi-siyasi nümayişin davamlılığı üçün növbəti mərhələnin də həyata keçirilməsinin tələb olunduğunu vurğulayıb:

 

“Ağ Ev hesab edir ki, İran ABŞ-lə sülh danışıqlara başlamalı və nəticədə nüvə proqramından imtina etməlidir. Bundan əlavə, Tehrandan Vaşinqtonun geosiyasi və geostrateji maraqları çərçivəsində müəyyən öhdəlikləri yerinə yetirməsi gözlənilir. Yəni, ABŞ və İsrail arasında baş vermiş gərginlik nəticəsində ABŞ öz maraqlarını qorumağı bacardı və indi bu qarşıdurmanın “qənimətlərini” toplamağa çalışır. Bir tərəfdən İrana sülh danışıqları təklif olunur, digər tərəfdən isə bu təklifi qəbul etmədiyi təqdirdə daha ciddi hərbi zərbələrlə hədələnir”.

 

O əlavə edib ki, ABŞ müxtəlif siyasi və hərbi təzyiqlərlə İrana öz şərtləri əsasında razılaşma sənədi imzalatmağa cəhd göstərir:

 

“Lakin bu məqsədin reallıqda nə dərəcədə baş tutacağı hələlik qeyri-müəyyəndir. İran ABŞ-lə danışıqlara başlamağa indi o qədər də maraqlı görünmür. Bu səbəbdən ABŞ-nin vitse-prezidenti Vensin də qeyd etdiyi kimi, alternativ ssenarilər masaya gətirilə bilər. Prezident Donald Trampın bəyan etdiyi kimi, bu ssenarilər sırasında İrana qarşı daha sərt və genişmiqyaslı hərbi zərbələrin endirilməsi də müzakirə olunur. Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, ABŞ bu qarşıdurmanı davam etdirərsə, həm Yaxın Şərqdə, həm də regionun hüdudlarından kənarda daha geniş və dağıdıcı proseslər baş verə bilər. Belə qlobal miqyaslı nəticələrin məsuliyyəti isə bilavasitə ABŞ-nin üzərinə düşəcək”.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...