Məşhur jurnal Xameneinin şəklini yaydı - Plan nədir?

Məşhur jurnal Xameneinin şəklini yaydı - Plan nədir?

“New Time” jurnalının 2025-ci ilin iyununda buraxılmış sayının üz qabığında İranın ali lideri Əli Xameneinin fotosu yer alıb.  “Yeni Orta Şərq” başlığı ilə yerləşdirilən foto qismən cırılmış şəkildə təsvir olunub. Maraqlı məqam ondan ibarətdir ki, bu şablon  10 mart  2003-cü ildə “Səddamdan sonrakı həyat” adı ilə ilə Saddam Hüseyn və  5 sentyabr  2011-ci ildə “Qəddafidən sonrakı dünya” adlı buraxılışda  Muəmmər Qəddafinin şəkillərində də tətbiq edilmişdi. Bu da ictimaiyyətdə müzakirələrə səbəb olub. 

 

Maraqlıdır, bu bir mesaj olar bilərmi? Xameinini nələr gözləyir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Seyid Əli Xamenei strateji seçimlər arasında sıxışıb qalıb.

 

 

Onun sözlərinə görə, İranın nüvə proqramına davamlı və sistemli zərbə endirilməsi iqtisadi-maliyyə baxımdan ABŞ üçün etibarlı təsir mexanizmi vəd etmir. Hörmüz boğazının bağlanması ehtimallarının qüvvətlənməsi ABŞ üçün geoiqtisadi təhdiddir. Geosiyasi rəqabət müstəvisində də ABŞ-nin intensiv hərbi əməliyyatlara üstünlük verməsi onun Rusiya və Çinlə əlaqələrində strateji səhvlərin buraxılması kimi başa düşülə bilər. 

 

A.Kərimov qeyd edib ki, İran, ABŞ-nin geosiyasi məhdudiyyətlərini və davamlı hərbi əməliyyatlardan çəkinməsini öz xarici siyasət manevr imkanlarını genişləndirmək üçün əlverişli fürsət kimi qiymətləndirməyə çalışır:

 

“Bununla belə, İran ali rəhbəri Seyid Əli Xamenei strateji seçimlər arasında sıxışıb qalıb. Bir tərəfdən o, Rusiya və Çinin etibarlı dəstəyinə etibar etmir.  Digər tərəfdən, Xamenei ABŞ-nin Yaxın Şərqdəki mövqelərinə qarşı məhdud hərbi əməliyyatlarla ideoloji mövqeyini qorumaq, eyni zamanda irsi legitimliyini itirmədən mümkün sövdələşmələrə açıq qalmaq arasında seçim etməyə çalışırmış kimi görünür”. 

 

Siyasi şərhçi nəzərə çatdırıb ki, Seyid Əli Xamenei Yaxın Şərqdə İranın gələcək imkanlarını nəzərdən keçirərkən vacib ola biləcək başqa bir narahatlıq içərisindədir. Bu, Xameneinin varisliyini təmin edəcək kanalları genişləndirmək cəhdləri ilə əlaqəlidir:

 

“Bu məsələ Xameneinin ABŞ-İsrail perspektiv əməliyyatları zamanı öldürülməsi versiyalarının gündəmə gəlməsi ilə İran elitasında sürətli bir şəkildə aktuallaşıb. İran üzrə ixtisaslaşmış “Amwajmedia” yazır: “İsrailin hərtərəfli müharibəyə başlamasından sonra 86 yaşlı Xamenei Ekspertlər Assambleyasına öldürülə biləcəyi və ya başqa bir şəkildə vəfat edəcəyi an dərhal toplaşmağa və onun əvəzini seçməyə hazır olmağı tapşırıb”. 


Bu onu deməyə əsas verir ki, Xamenei İsrail və ABŞ-dən onun çox ciddi hədəf ola biləcəyinə dair eyhamlar alır. Xameneinin tapşırıqları və direktivləri İslam İnqilabına uyğun rejimin qalmasını irsi idarəçiliklə təmin etmək məqsədlərinin bir hissəsi kimi qiymətləndirilə bilər. Lakin İranda növbəti ali rəhbərin kim olacağı barədə birmənalı fikirlər yoxdur. Xemenenin oğlu Müctəba Xameneinin namizədlər arasında favorit olması haqqında iddialar az deyil. 


Hətta Müctəba Xameneinin SEPAH üzərindəki təsirləri barədə məlumatlar var. Onun İranın güc strukturları, xüsusilə təhlükəsizlik və ideoloji aparatla yaxın əlaqələrdə olduğu müzakirələr predmetidir. Ancaq Müctəba paralel güc strukturlarında artan təzyiqlə üzləşə bilər. Belə olduğu təqdirdə, ortaya sürpriz namizəd çıxa və onun ali rəhbər olması üçün təbliğat əməliyyatları genişləndirilə bilər”. 


A.Kərimov fikrini yekunlaşdırarkən əlavə edib:

 

"Ən azı texniki səbəblər, xüsusilə də Xameneinin yaşı, İranın yaxın gələcəkdə idarəetmə baxımından qarşılaşa biləcəyi sistem problemlərini aktuallaşdırır. ABŞ və İsrailin hücumları bu problemi daha da dərinləşdirə bilər. Hərçənd ki, İslam İnqilabı aparatının çevik və müharibə şəraitinə uyğun idarəetmə mexanizmləri yaratmaq təcrübəsi bu ssenariyə də adekvat cavab verə bilər”.

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...