Bu şəxslər vizadan azad edildi

Bu şəxslər vizadan azad edildi

Milli Məclis Azərbaycan və Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin vizadan azad edilməsi haqqında sazişi ratifikasiya edib.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

 

“Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsi səsə qoyularaq bir oxunuşda təsdiqlənib.

 

Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” 2025-ci il martın 12-də Bakı şəhərində imzalanıb.

 

Saziş dövlətlər arasında dostluq münasibətlərinin inkişafını təşviq etmək üçün hər iki dövlətin etibarlı diplomatik və xidməti/rəsmi pasport sahibləri olan vətəndaşlarının giriş, çıxış və hərəkətini asanlaşdırmaq məqsədinə xidmət edir.

 

Sazişə əsasən, razılığa gələn bir tərəfin dövlətinin etibarlı diplomatik və xidməti/rəsmi pasporta malik vətəndaşları viza əldə etmədən razılığa gələn digər tərəfin dövlətinin ərazisində hər giriş tarixindən etibarən 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə daxil ola, tranzit keçə, oradan çıxa və orada qala bilərlər.

 

Müvafiq diplomatik nümayəndəlikdə, konsulluqlarda və ya beynəlxalq təşkilat yanında akkreditə edilmiş daimi missiyada öz vəzifələrini yerinə yetirmək üçün bir tərəfin dövlətinin ərazisinə daxil olan və etibarlı diplomatik və xidməti/rəsmi pasportlara malik olan digər tərəfin dövlətinin vətəndaşları, habelə onların ailə üzvləri qəbul edən ölkənin Xarici İşlər Nazirliyində akkreditə edilirlər. 

 

Bu Saziş diplomatik nümayəndəliklərin və konsulluqların etibarlı diplomatik və xidməti/rəsmi pasportlara malik üzvlərini, eyni zamanda digər tərəfin ərazisində yerləşən beynəlxalq təşkilatların nümayəndələrini, həmçinin onların ailə üzvlərini onları qəbul edən dövlətdə akkreditasiya üçün qoyulan viza tələbindən azad etmir. Həmin şəxslər akkreditasiya olunandan sonra təyinat müddəti ərzində qəbul edən dövlətin ərazisinə vizasız daxil ola, oradan tranzit keçə, orada qala və oranı tərk edə bilərlər.

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...

"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.   Sfera.az xəbər verir k...