Yumurtanın qiyməti ucuzlaşdı - VİDEO

Yumurtanın qiyməti ucuzlaşdı - VİDEO
Paytaxt bazarlarında satılan yumurtanın qiymətində enmə müşahidə olunur. 

Xezerxeber.az məlumat verir ki, əvvəllər 18- 20 qəpiyə satılan broyler yumurtası indi 13-15 qəpiyə təklif olunur.

Satıcıların da dediklərindən məlum olur ki, qiymət endirimini hər şirkət fərqli həyata keçirib. Yəni  şirkətlərdən bəzisi 3 qəpik endirim etdiyi halda, bir qisim şirkətlərin  istehsal etdiyi yumurta 5 qəpik ucuzlaşıb. Hətta bazarda  10 qəpiyə də yumurtaya rast gəlmək mümkündür.  Bəs bu fərq nədən yaranır? 

Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, qiymətləri bazar və şirkətlər özü tənzimləyir. Ona görə də fərqlərin olması normalıdı. O ki qaldı  ucuzlaşmanın səbəbinə, bu, istrehsalın artması ilə əlaqədardır. Bayramqabağı tələbatın artması fonunda qiymətlərin əvvəlki səviyyəyə qayıtması da istisna olunmur. 

Ucuzlaşma kənd yumurtasına da sirayət edib. Belə ki, bir neçə gün əvvəl 25 qəpiyə satılan kənd yumurtası indi 18 qəpikdən təklif olunur.  Amma toyuq ətində ucuzlaşma qeydə alınmayıb. 

Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, hələlik toyuq ətinində qiymət dəyişikliyi gözlənilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

OXŞAR XƏBƏRLƏR

Bu əskinaslarda saxta variantlar AŞKARLANDI - RƏSMİ AÇIQLAMA

2024-cü ilin üçüncü rübündə Rusiyada rubl əskinaslarının 2057 saxta variantı aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın...

AFFA 3 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət veri...

Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək

Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır. Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Y...

Avtomobilinizlə suya düşəniz, bunları mütləq edin! - Xilas olmağın yolları

Məlum olduğu kimi, ötən gün paytaxtda fasiləsiz yağan yağışlar vətəndaşlara çətin anlar yaşadıb. Sabunçuda isə tunelə yağış sularının dolması nəticəsində 2 nəfə...

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışdı

“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.   Sfera.az xəbər veri...

“Ezel”in tanınmış aktyoru vəfat etdi - FOTO

Tanınmış türk aktyor Tekin Temel vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun köməkçisi məlumat yayıb.   O bildirib ki, sənətçi 5...