"Ermənistan sülh müqaviləsi imzalamağa hazırdır" - Mher Qriqoryan

"Ermənistan sülh müqaviləsi imzalamağa hazırdır" - Mher Qriqoryan

Ermənistan hazırda Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

 

"Biz onu indi imzalamağa hazırıq. Bizdən heç bir məhdudiyyət və ya əlavə şərt yoxdur.  Nə qədər tez edilsə, bir o qədər yaxşıdır",-o bildirib.

 

O əlavə edib ki, hazırda sənədin imzalanmasının konkret yeri və vaxtı ilə bağlı heç bir razılaşma yoxdur.


Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR