Sərhəddən keçid üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Sərhəddən keçid üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

"İsrail və İran arasında toqquşma ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, İran İslam Respublikasındakı Səfirliyimizə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuza daxil olan müraciətlər əsasında ölkəmizin vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir".

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

 

O qeyd edib ki, İranı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçün tədbirlər görülür.

 

"Bu günə olan məlumata əsasən, 600 nəfərdən çox Azərbaycan vətəndaşı sərhəddən keçid üçün müraciət edib və onlardan 180 nəfər artıq Azərbaycan ərazisinə daxil olub. İndiyə qədər 77 ölkədən daxil olan müraciətlər müvafiq qaydada nəzərdən keçirilir və həmin ölkələrin vətəndaşlarının keçidinə şərait yaradılır.

 

Rusiyanın, Birləşmiş Krallığın, Kanadanın, İtaliyanın xarici işlər nazirləri, eləcə də müxtəlif səviyyələrdə bir çox ölkələr dəstəyə görə Azərbaycana dərin minnətdarlıqlarını bildiriblər", - XİN rəsmisi vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...