Samir Nuriyev ilk iclasda bu tapşırıqları verdi - FOTOLAR

Samir Nuriyev ilk iclasda bu tapşırıqları verdi - FOTOLAR

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası olub.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində şəhərlərimizin və digər yaşayış məntəqələrimizin inkişafı, dayanaqlı həyat şəraitinin, sakinlərin rahat və sağlam həyat tərzinin təmin olunmasının daimi diqqət mərkəzində saxlanıldığını qeyd edib.

 

Təşkilat Komitəsinin sədri şəhərsalma fəaliyyətinin Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunduğunu və bu istiqamətdə məqsədyönlü fəaliyyətin həyata keçirildiyini deyib.

 

Bu gün dövlət başçısının rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında miqyasına, keyfiyyətinə və sürətinə görə dünyada postmünaqişə dövrünün misli görünməyən və qabaqcıl şəhərsalma standartlarına uyğun kompleks yenidənqurma işləri uğurla həyata keçirilir.


XXI əsrdə dünyada urbanizasiya prosesinin sürətləndiyini bildirən Təşkilat Komitəsinin sədri Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı islahatların və genişmiqyaslı layihələrin, habelə ölkəmizin bu sahədə qlobal əməkdaşlığa verdiyi töhfələrin beynəlxalq aləmdə təqdir olunduğunu qeyd edib. Buna görə də BMT-nin himayəsi altında keçirilən, mühüm və qlobal xarakterli tədbirlərdən biri hesab edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanaqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda 2026-cı ildə Bakıda təşkilinə dair qərar qəbul olunması Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun, ölkəmizə göstərilən böyük etimadın növbəti təzahürüdür.
 

Daha sonra Təşkilat Komitəsinin üzvləri - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun və Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadənin gündəlikdə duran məsələlər üzrə məruzələri dinlənilib.
 

İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifələrə uyğun olaraq WUF13-ün milli koordinatoru və əməliyyat şirkətinin fəaliyyəti, forumun təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlanması, Təşkilat Komitəsinin Katibliyinin işinin təşkili və digər aidiyyəti məsələlərlə bağlı tapşırıqlar verib.













OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov: "Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib"

Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.   Sfera.az-ın məlumatına görə, bun...

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...