Ağsu aşırımı bağlandı - YENİLƏNİB - FOTO

Ağsu aşırımı bağlandı - YENİLƏNİB - FOTO

Ağsu dolaylarında böyük ərazidə torpaq sürüşməsi olub. Yolun bir hissəsi dağıldığı üçün nəqliyyatın hərəkəti dayandırılıb və yol bağlanıb.
 
APA-nın xəbərinə görə, sürüşmə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsinin 149-cu kilometrliyində baş verib.
 
Sürüşmə zonası sayılan bu ərazidə hər güclü yağıntıdan sonra torpaq sürüşməsi daha da aktivləşir. Son bir həftə ərzində yağan güclü qardan sonra ərazidə aktivləşmə daha böyük miqyasda özünü göstərib. Bu gün baş verən sürüşmə nəticəsində yolun hər iki hərəkət zolağının bir hissəsi 40-50 santimetr dərinliyində çöküb. Ümumilikdə sürüşmə zonasının sahəsi 40 metrədək ərazini əhatə edir.
 
Sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə 16 saylı "Ağsu Yol İstismar" MMC-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yolda təmizləmə, ilkin bərpa işləri həyata keçirilir. Hazırda nəqliyyat vasitələrinin sürücüləri alternativ yoldan istifadə edir.
 
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax magistralının 144-158-ci kilometrlik hissəsi, yəni 14 kilometr ərazi Ağsu aşırımının payına düşür. Həmin dolaylarda 14  aktiv sürüşmə zonası var.

-----------

11:30

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu kilometrliyində torpaq sürüşməsi aktivləşib.

"Azərvavtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir. Bu hissədə yol 40-50 sm çöküb.

Sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə "Azəravtoyol" ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib.

 





OXŞAR XƏBƏRLƏR

Siam əkizləri möcüzəvi şəkildə ayrıldı: Əməliyyatda 16 həkim iştirak edib

Braziliyanın Qoias əyalətində cərrahlar döş qəfəsi, qarın və çanaq nahiyəsindən bir-birinə bağlı olan bir yaşlı siam əkizləri Kiraz və Arunanı ayırmaq üçün mürə...

“Gözünü çıxarıb, üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...

Məşhur musiqiçi gecə klubunda şiddətli davaya görə həbs edildi - FOTO

Amerikalı musiqiçi Kris Braun London gecə klubunda kişiyə hücum etdiyi üçün həbs edilib. Polis onun bir neçə saat əvvəl şəxsi təyyarəsi ilə şəhərə gəldiyini öyr...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...