İlham Əliyev Avropa Parlamentinin prezidenti ilə görüşdən imtina etdi

İlham Əliyev Avropa Parlamentinin prezidenti ilə görüşdən imtina etdi

Brüsseldə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamentinin (AP) prezidenti Antonio Tajani ilə görüşünü ləğv edib. Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamenti  rəhbərinin kommunikasiya şöbəsi bildirir.

Avropa Parlamentinin prezidentinin kommunikasiya şöbəsinin rəhbəri xanım Delia Vlase BBC Azərbaycancaya, görüşün nə səbəbdən ləğv edildiyini bilmədiyini deyib.Lakin o, əlavə edib ki, bu cür hadisələr "qeyri-adi" deyil.

Commonspace.eu xəbər saytı adları çəkilməyən mənbələrə istinadən görüşün ləğv edilməsinə səbəbin Avropa Parlamentində Azərbaycan prezidenti ilə Antonio Tajani ilə görüşlə eyni vaxtda "Meydan TV”nin rəhbəri Emin Millinin iştirakı ilə nəzərdə tutulan tədbirin nəzərdə tutulması olduğunu bildirir. Xəbər verdiyimiz kimi bu tədbirə Bakıdan "Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılıın da qatılacağı gözlənilirdi. İnsan haqları ilə bağlı tədbirdə Avropa Parlamentinin ermənipərəst deputatlarının da iştirakı nəzərdə tutulurdu.

Bundan əvvəl prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federica Moqerini ilə görüşüb. İlham Əliyev bazar günündən etibarən Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfərdədir. O, Avropa İttifaqı və Azərbaycan arasında yeni əməkdaşlıq razılaşması barədə danışıqlar aparır.


OXŞAR XƏBƏRLƏR

Colani-Fidan görüşündə nələr müzakirə olunub? - AÇIQLAMA

Ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın yeni hakimiyyəti ilə danışıqlar aparmaq üçün Dəməşqə səfər edib.   Maraqlıdır, səfər za...

Prezident Roma Papasını Milad bayramı münasibətilə TƏBRİK ETDİ

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib.   Sfera.az xəbər verir ki, məktubda deyilir:   "Zati-müqəddəslə...

Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşəcək

Serbiya Prezidenti Aleksandr Vuçiç dekabrın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirəcək.   Sfera.az xəbər verir ki, bu bar...

Polis 21,9 kq narkotik vasitə aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 21-də və 22-də ümumi çəkisi 21,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. ...

Taleyüklü məsələlərin həllində şəxsiyyət faktorunun rolu əvəzsizdir - RƏY

Dünya təcrübəsi sübut edir ki, tarixdə şəxsiyyət faktorunun rolu danılmazdır. Beynəlxalq hüququn və ədalət anlayışının geosiyasi maraqlara qurban verildiyi müas...

Faciəvi şəkildə ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı

Dünən paytaxtın Qaradağ rayonunda 3 nəfərin ölümü ilən nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.   Sfera.a...