Azərbaycanda xərçəng xəstələrinin sayı niyə çoxalır? - VİDEO


Azərbaycanda xərçəng xəstələrinin sayı niyə çoxalır? - VİDEO

"Xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur"

 

Sfera.az xəbər verir ki, bunu Səhiyyə naziri Teymur Musayev deyib. Nazir bildirib ki, 2022-ci ildə dünyada xərçəngə 20 milyon yeni tutulma halı aşkar edilib. Azərbaycanda onkoloji xəstəliklər sahəsində statistik göstəricilər də bu sahədə artım dinamikasından xəbər verir. "Erkən aşkarlama faizi, ömür uzunluğu və digər göstəricilər əsasında ölkədə onkoloji xidmətin effektivliyini bəyan etmək olar. Ən əsası, bu gün artıq Azərbaycanda onkoloji xəstəliklərə münasibət dəyişib, onkoloji diaqnoz artıq müalicəyə çağırış kimi qəbul olunur, -deyə səhiyyə Naziri qeyd edib

 

Rəsmi statistik rəqəmlərə görə, ötən il 15 min 164 nəfərdə ilk dəfə xərçəng xəstəliyi aşkarlanıb. Onlardan 7 min 113 nəfəri kişi, 8 min 51-i isə qadındır. 2024-cü ildə ölkə üzrə xərçəng şişlərindən ölənlərin sayı 9 min 681 nəfər olub. Bu isə 2022-ci ilin statistikası ilə müqayisədə 1312 nəfər daha çoxdur. Tibbi Onkoloji uzmanı Nicat Xanməmmədov bildirir ki, Siqaret, qida əlavəsi, hərəkətsiz həyat, radiasiya, hava çirkliliyi, müxtəlif toksinlər və genetik səbəblər xərçəngin yaranmasında ən başlıca faktorlardır.

 

Statistik rəqəmlərdə o da qeyd olunur ki, Azərbaycanda 2 min 674 nəfər olmaqla süd vəzisi, 1 525 nəfərdə isə traxeya, bronx, ağciyər xərçəngi aşkar edilib. Süd vəzi xərçənginin artması müəyyən qədər genetik faktorlarla əlaqəli olsa da, ətraf mühit amillərindən daha çox asılıdır.

 

Uzman həmçinin onu da bildirib ki, sağlam qidalanma, fiziki aktivliyi artırmaq, mütəmadi tibbi yoxlamalardan keçmək, eyni zamanda  zərərli vərdişlərdən uzaq olmaqla  xərçəng xəstəliyinin qarşısını almaq mümkündür.

 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...