İsrail-İran gərginliyi - Azərbaycan üçün risklər hansılardır?

İsrail-İran gərginliyi - Azərbaycan üçün risklər hansılardır?

İsrail və İran arasında ciddi gərginlik yaranıb. Bu məsələdə Azərbaycanı düşündürən əsas məqam baş verənlərin ölkəmizə təsiri imkanları ilə bağlıdır. 

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Sultan Zahidov Yaxın Şərqdə gərginliyin kritik mərhələyə daxil olduğunu bildirib.

 

Onun sözlərinə görə, bu gecə İsrailin həyata keçirdiyi 5 mərhələli hava hücumu əməliyyatı təxminən 200 döyüş təyyarəsinin iştirakı ilə baş tutub:

 

“Hədəf olaraq İranın nüvə obyektləri və yüksək rütbəli hərbi rəhbərləri seçilib. Məlumatlara görə, hücum zamanı SEPAH-ın rəhbəri Hüseyn Səlami və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri öldürülüb. Belə yüksək rütbəli şəxslərin zərərsizləşdirilməsinə cəhd, bölgədə gərginliyin daha da eskalasiya olunmasına zəmin yaradır. Artıq İran da cavab addımları atmağa başlayıb. 100-ə yaxın dron vasitəsilə İsrailə zərbə endirməyə çalışsa da, bu hücumların əksəriyyətinin qarşısı alınıb. Lakin prosesin bununla məhdudlaşmayacağı ehtimal olunur. 
Eyni zamanda İsraildə müharibəyə hazırlıq vəziyyəti elan edilib. Əhali sığınacaqlara yönəldilir, psixoloji və hərbi hazırlıq ən yüksək səviyyəyə qaldırılıb. Artıq böyükmiqyaslı müharibə ehtimalı hər keçən saat daha real görünür”.

 

 

Politoloq bu qarşıdurmanın yalnız İran və İsrail arasında deyil, bütün region üçün ciddi təhlükələr doğurduğunu qeyd edib. 

 

S.Zahidovun fikrincə, Azərbaycan da daxil olmaqla, qonşu ölkələr bir sıra iqtisadi, sosial və humanitar təsirlərlə üz-üzə qala bilər:

 

“Ticarət və iqtisadi əlaqələr pozula bilər, enerji bazarlarında qiymət artımı və sabitliyin pozulması gözlənilir, təchizat zəncirlərinin qırılması, ixrac-idxal proseslərinin zəifləməsi mümkündür, nəqliyyat və kommunikasiya sistemlərində gecikmələr yarana bilər, humanitar böhran və miqrasiya axını baş verə bilər və sosial gərginlik, işsizlik və ictimai narazılıq arta bilər”.

 

Müsahibimiz digər tərəfdən, bölgədə yaranmış xaosun radikal və ekstremist qruplar üçün münbit zəmin yaratdığını da vurğulayıb:

 

“Belə qruplar yaranan boşluqdan istifadə edərək sabitliyi daha da pozmağa cəhd göstərə bilər. Ən təhlükəli ssenari isə toqquşmaların nüvə müharibəsinə çevrilməsi ehtimalıdır. İsrailin nüvə arsenalı nəzərə alınarsa, bu artıq regional yox, qlobal fəlakətə səbəb ola bilər. Belə bir müharibə bəşəriyyət üçün dönüşü olmayan nəticələr doğura bilər.
Buna görə də hazırkı vəziyyətdə beynəlxalq təşkilatların və böyük güclərin diplomatik müdaxiləsi həyati əhəmiyyət daşıyır. Əks halda, münaqişənin nəzarətdən çıxaraq qlobal miqyasda təhlükəyə çevrilməsi qaçılmaz ola bilər”.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...