İran BMT-nin iclasını çağırdı: “İsrailin hücumu müharibə elanıdır”

İran BMT-nin iclasını çağırdı: “İsrailin hücumu müharibə elanıdır”

İsrailin bu gün səhər saatlarında İranın bir sıra nüvə və mülki obyektlərinə hava hücumu təşkil etməsindən sonra Tehran beynəlxalq səviyyədə addım atıb. 

 

Sfera.az Mehr agentliyinə istinadən xəbər verir ki, İran İslam Respublikasının BMT-dəki Daimi Nümayəndəliyi BMT Təhlükəsizlik Şurasına məktub göndərərək İsrailin təcavüzünü qəti şəkildə pisləyib və Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

 

İran missiyası məktubda İsrailin ölkə ərazisində onlarla hərbi, nüvə və mülki hədəfləri bombaladığını qeyd edərək, bu hücumun İranın suverenliyinə və təhlükəsizliyinə açıq hücum olduğunu bildirib. İran BMT-yə ünvanladığı məktubda, İsrailin təcavüzünə cavab vermək və özünü müdafiə etmək hüququnun beynəlxalq hüquqa əsaslandığını vurğulayıb.

 

Bəyanatda xüsusilə qeyd olunub:

 

“İsrail rejiminin bu iyrənc təcavüzü İslam Respublikası İranına qarşı müharibə elanı sayılır və Tehran beynəlxalq hüquqa uyğun olaraq qanuni müdafiə hüququnu özündə saxlayır”.


İran həmçinin BMT Təhlükəsizlik Şurasını İsrailin nüvə obyektlərinə yönəlmiş hücumlarını və İranın hərbi rəsmilərinin hədəf alınmasını qəti şəkildə pisləməyə çağırıb. Rəsmi Tehran bu hadisənin regionda təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayaraq, BMT-nin bu məsələyə təcili reaksiya verməsini tələb edir.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...