FETÖ ilə əlaqəli iki məktəbin fəaliyyəti dayandırılıb
22:06 / 05.02.2017
2251
Gürcüstan Elm və Təhsil Nazirliyi Batumidəki Şahin Dostluq liseyinin və ibtidai sinif məktəbinin fəaliyyətini dayandırıb. Kanal15.tv-nin Anadolu Agentliyinə istinadən məlumatına görə, liseyin FETÖ ilə əlaqəli olduğu məlum olub. Nəticədə Gürcüstan elm və təhsil nazirliyi ibtidai məktəbin və liseyin lisenziyasını ləğv edib.Nazirlikdən bildirilib ki, lisenziya yoxlama zamanl aşkarlanan bir çox pozuntularla əlaqədar, xüsusən, Gürcüstandakı tədris standartlarına uyğunsuzluğa görə ləğv olunub.Məlumata görə, həmin təhsil ocaqlarında 340 nəfər şagird təhsil alıb. Nazirlikdən verilən məlumata görə, bağlanan məktəblərin şagirdləri Batumidəki digər təhsil ocaqlarında təhsillərinə davam edəcəklər.