Ukrayna BMT Təhlükəsizlik Şurasında Qarabağ məsələsini qaldıracaq

Ukrayna BMT Təhlükəsizlik Şurasında Qarabağ məsələsini qaldıracaq

Ukrayna BMT Təhlükəsizlik Şurasının tribunasından işğal edilmiş Azərbaycan ərazilərinin azad olunması məsələsini qaldıracaq.

Sfera.az məlumatına görə, bu barədə virtualaz-a Ukrayna politoloqu, Sosial Tədqiqatlar Mərkəzinin direktoru Serqey Belaşko bildirib.

Analitik Ukrayna diplomatlarının BMT-də ardıcıl olmamalarından və bəzi səhv addımlarından da şikayətlənib.

Belaşkonun sözlərinə görə, diplomatik cəbhədə separatizmlə mübarizə məsələləri xüsusi yanaşma tələb edir.

"MDB məkanında dondurulmuş münaqişələrin öz xüsusiyyətləri var. Regionlar var ki, ayrılmağa cəhd edirlər, regionlar da var zəbt olunublar. Belə məsələlər üzrə BMT çərçivəsində müvəffəqiyyət qazanmaq çətindir. BMT-nin daimi üzvləri veto qoya bilərlər və problem siyasi qiymətini almaya və ya hüquqi həllini tapmaya bilər. Amma hər halda, BMT-nin tribunası beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə bilər, o öz mövqeyini ifadə etməyə icazə verir", - Belaşko vurğulayıb.

Ekspert qeyd edib ki, ərazi bütövlüyü iki yolla bərpa olunur: hərbi və ya diplomatik.

"Azərbaycan hərbi yolla bir neçə gün ərzində ərazilərni qaytara bilər, əgər Ermənistanla Dağlıq Qarabağın sərhədi kəsiləcəksə. Amma regionda müxtəlif oyunçular bu varianta qarşı duracaqlar", - Belaşko bildirib.

Onun fikrincə, Qarabağ münaqişəsi çoxtərəfli - "Avropa Birliyi - Rusiya-Türkiyə - Azərbaycan-Ermənistan" formatında nizama salına bilər.

"Bu, Gürcüstanda, Moldovada və Ukraynada dondurulmuş başqa münaqişələrin nizama salınması üçün də nümunə ola bilər", - deyə Ukrayna politoloqu vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən qədim kitablarından biri səhranın ortasında tapıldı - FOTO

Dünyanın ən qədim kitablarından biri olan “Crosby-Schoyen Code” Londonda “Christie's” auksionunda 3.065.000 funta (təxminən 158 mily...

ABŞ Rusiya Federasiyası və Belarusla ticarəti məhdudlaşdırmaq üçün yeni sanksiyalar tətbiq edib

ABŞ Ticarət Nazirliyi Rusiya və Belarus arasında ticarət həcmini azaltmaq məqsədi ilə ixrac məhdudiyyətlərini genişləndirib. Sfera.az xəbər verir ki, yeni ...

Bədəndə xərçəng hüceyrələrinin yayılmasına “kömək edən” gen tapıldı

Massaçusets Ümumi Xərçəng Mərkəzinin alimləri şiş hüceyrələrinin bütün bədənə yayılmasına “kömək edərək” xərçəng metastazını təşviq edən Gstt1 genin...

Müxtəlif növlərə aid nadir delfinlər okeanda bir yerdə yığıldı

Tədqiqatçılar Hind-Sakit okean donqar delfinləri (Sousa chinensis) qrupuna aid nadir, nəsli kəsilməkdə olan İrravadi delfininin (Orcaella brevirostris) şəklini ...

Alimlər Marsdakı su anbarı ilə bağlı fərziyyəni təkzib ediblər

Amerikalı alimlər Mars planetinin cənub qütbündə maye su olan su anbarının olması ilə bağlı fərziyyəni təkzib ediblər. Sfera.az xəbər verir ki, alimlər bu ...

Mbappeni bu məşhur futbolçu əvəzləyə bilər

Fransanın "Paris Saint-Germain" klubu "Real Madrid"in vingeri Vinisius Juniorla maraqlanır. Sfera.az xəbər verir ki, bu barədə jurnalis...