Anjelina Trampa qarşı çıxdı

Anjelina Trampa qarşı çıxdı
Dünyanın ən gözəl qadınlarından biri hesab edilən Ancelina Coli yenidən insanların qəlbini qazana bilib.

Ulduz aktrisa "New York Times" qəzeti üçün yazısında miqrantlardan yazıb. O, ABŞ prezidenti Donald Trampın miqrant siyasətinə qarşı çıxıb.

Coli miqrantları savaşın faciəsinə məruz qalmış, zalımların hədəfi olmuş qadın, kişi və uşaqlar adlandırıb. 

"Qlobal miqrant böhranı və terrorçu təhdidi qarşısında sərhədlərimizi necə qoruya biləcəyimizin üzərində düşünməli olmağımız fikri doğrudur. Hər dövlət vətəndaşlarının ehtiyacları və beynəlxalq öhdəlikləri arasında balans yaratmalıdır. Amma qərarı qorxularımızla deyil, gerçəklərə əsaslanaraq veməliyik". O, miqrantların terrorçu deyil, daha çox terror qurbanı olduqlarını qeyd edib. 

Coli hər biri başqa ölkələrdə doğulan 6 uşağının olduğunu xatırladıb. "Qürurlu bir amerikalı olaraq ölkəmizin bütün millətlərdən olan uşaqlar üçün təhlükəsiz yer olmasını istəyirəm".

Ulduz haqqında yayılan ikinci xəbər isə onun şəxsi həyatı ilə bağlıdır. Məlumata görə, Coli boşanma prosesində olduğu əri Bred Pittdən uşaqları üçün aylıq 100 min dollar aliment tələb edir. Aktrisa ildə almağı planlaşdırdığı 1,2 milyon dollardan 250 min dolları 6 uşağın gələcəyi üçün ayrıca fonda yönləndirəcək. 

53 yaşlı Pittin sərvəti 240 milyon dəyərində qiymətləndirilir. Colinin sərvəti isə 160 milyon dollardır. Boşanma ərəfəsində olan aktrisa 6 uşağının ancaq öz himayəsində olmasını, əri isə ümumi himayədarlıq verilməsini israr edir.

mənbə: istipress

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi

​​​​​​Azərbaycan Prezidenti İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib.   Sfera.az xəbər verir ki, dövlət başçı...

G7 liderlərindən İrana çağırış

İtaliyada keçirilən Böyük Yeddilik (G7) sammitində iştirak edən dünya liderləri İranı ballistik raketləri və müvafiq texnologiyaları Rusiyaya ötürməməyə çağırıb...

Bu şəxslər üçün parklanma pulsuz olacaq - VİDEO

“Əvvəlki yanaşma belə idi ki, işçi xidməti parklanma ərazisində boş yer tapdığı halda parklanma ödənişsiz olurdu. İndi isə, həmin ərazilər müəyyən edilir....

Azərbaycanda benzin istehsalı nə qədər artdı? - CƏDVƏL

Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2155.4 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü i...

Kürdəmirdə də leysan fəsadlar törətdi

Kürdəmirdə aramsız leysan fəsadlar törədib.   Sfera.az axar.az-a istinadən xəbər verir ki, günün ikinci yarısında başlayan güclü yağışdan sonra əmələ...

Putin Ukraynada döyüşən Rusiya hərbçilərinin sayını açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazisində 700 minə yaxın hərbi qulluqçusunun savaşdığını açıqlayıb.   Sfera.az “Report”a istina...