Sinaqoqda terrora hazırlaşan İŞİD üzvünün məhkəməsi oldu


Sinaqoqda terrora hazırlaşan İŞİD üzvünün məhkəməsi oldu

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə ittiham aktı elan olunub.

 

İttihama görə, o, Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücuma hazırlaşan zaman Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

 

Məlum olub ki, “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyə planlaşdıran şəxs Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyevdir. O, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb, “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb.

 

Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.

 

Daha sonra məhkəmdə təqsirləndirilən şəxsin diqqətinə çatdırılıb ki, ona qarşı irəli sürülən ittihamlar sübuta yetirilərsə, 10 ildən 20 il müddətə və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər.

 

Təqsirləndirilən şəxs Abdulla Əliyev ona qarşı sürülən ittihamlarla razılaşmayıb. O deyib ki, həmin an anlaqsız vəziyyətdə olub, özünü təqsirli bilmir.

 

Təqsirləndirilən şəxsin vəkili səhhəti ilə əlaqədar məhkəməyə uzun müddət iştirak edə bilməyəcəyi barədə müraciət edib.

 

Abdulla Əliyev vəkildən imtina edib və onun hüquqlarının müdafiəsinə yeni vəkil təyin edilib.

 

Vəkil işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

 

Məhkəmə vəkilin vəsatətini təmin edib.

 

Proses iyulun 14-də davam edəcək.

 

Qeyd edək ki, Abdulla Əliyev AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə ittiham olunur.


OXŞAR XƏBƏRLƏR

Dünənki qəzada həlak olan vəzifəli şəxs və sərnişinin- FOTOSU

Xəbər verdiyimiz kimi, iyunun 29-u Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.   Sfera.az ...

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanıldı – FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.   Sfe...

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı dəyişdi

2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.   Sfera.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı mə...

"Sputnik-Azərbaycan”nın ofisində keçirilən əməliyyat görüntüləri – VİDEO

Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanı...

"Rusiya azərbaycanlıları hədəf alıb"

Bir zamanlar Qarabağda “sülhməramlı missiya” adı ilə fəaliyyət göstərən qüvvələrin indi dinc azərbaycanlılara qarşı zorakılıq və təxribatlarla yadda...

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keç...