Sabah Bakıda mühüm konfrans baş tutacaq

Sabah Bakıda mühüm konfrans baş tutacaq

İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

 

Sfera.az xəbər verir ki, bu, BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır.

 

Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də deputatlar iştirak edəcəklər.

 

Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirdikləri siyasət, tətbiq olunan ayrı-seçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olan tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, millik kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında dərindən təhlil ediləcək.

 

Beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının kolonial güclər tərəfindən qarşısının alınması və bu kontekstdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yolları müzakirə olunacaq.

 

Qeyd edək ki, qonaqlar səfərin ikinci günü ADA Universitetində və Azərbaycan Dillər Universitetində müəllim və tələbə heyəti üçün “Müasir beynəlxalq münasibətlər sistemində müstəmləkə düşüncəsinin davamı” mövzusunda mühazirələr oxuyacaqlar.


OXŞAR XƏBƏRLƏR

"KamAZ" VAZ-la toqquşdu: ölən var

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadiəsi baş verib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Eyvazallar kəndi ə...

Elarizin qızı məhkəmədə ifadə verdi

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı qaldığı y...

Dünənki qəzada həlak olan vəzifəli şəxs və sərnişinin- FOTOSU

Xəbər verdiyimiz kimi, iyunun 29-u Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.   Sfera.az ...

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanıldı – FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.   Sfe...

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı dəyişdi

2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.   Sfera.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı mə...

"Sputnik-Azərbaycan”nın ofisində keçirilən əməliyyat görüntüləri – VİDEO

Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanı...