Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür” sosial layihəsiçərçivəsində təşkil olunan tədbirdə daun sindromlu uşaqlar və onların valideynləri ilə birgə sevinc dolu anlar yaşanıb.

 

Layihənin əsas məqsədi daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların özlərinə inamını gücləndirmək və hər kəsin diqqətini bu mövzuya
yönəltmək olub. Uşaqlar “Dance Ability” metodologiyası əsasında hazırlanan interaktiv rəqs proqramında iştirak ediblər. Bu metod hər kəsin istisnasız olaraq özünü ifadə edə biləcəyi inklüziv bir rəqs növüdür. Tədbirdə həmçinin uşaqlar üçün müxtəlif əyləncəli oyunlar da keçirilib. İnflunserlərin də qoşulduğu tədbir balacalar üçün şən oyunlar, maraqlı fəaliyyətlər və bol gülüş dolu anlarla yadda qalıb.

 

Qeyd edək ki, “Hər şey mümkündür” layihəsi ilk dəfə 2021-ci ildə Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın birgə həyata keçirdiyi “Ürəklərlə ianə et” aksiyası
çərçivəsində toplanan vəsait hesabına daun sindromlu uşaqlar üçün həyata keçirilib. “Hər şey mümkündür” layihəsi hər bir fərdin potensialını üzə çıxarmaq və onların sosial həyata aktiv qoşulmalarını təşviq etmək məqsədi daşıyır. Layihə çərçivəsində müxtəlif yaradıcı fəaliyyətlər, inklüziv tədbirlər təşkil olunur.

 

Ətraflı məlumat üçün link: //bit.ly/USQLR

 

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə “Kapital Bank” ASC-nin bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.

 

Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.


OXŞAR XƏBƏRLƏR

"Sputnik-Azərbaycan”nın ofisində keçirilən əməliyyat görüntüləri – VİDEO

Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanı...

"Rusiya azərbaycanlıları hədəf alıb"

Bir zamanlar Qarabağda “sülhməramlı missiya” adı ilə fəaliyyət göstərən qüvvələrin indi dinc azərbaycanlılara qarşı zorakılıq və təxribatlarla yadda...

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keç...

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA)...

Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər...

Bakı Tikiş Evinin (BTE) məktəbli formalarına tətbiq etdiyi yeni endirimli satış qiymətləri məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Oxu....

Nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT - FOTO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib.   Sfera.az xəbər verir ki,...