13,15 və 17 iyun BUNU EDİN - TÖVSİYƏ

13,15 və 17 iyun BUNU EDİN - TÖVSİYƏ

İslam dinində tövsiyə edilən və sağlamlığa faydaları ilə tanınan hicama terapiyası 2025-ci ilin iyun ayında da geniş maraqla qarşılanır.
 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, bədəndən çirkli qanı çıxarma, toksinləri təmizləmə, qan dövranını yaxşılaşdırma və ağrıları azaltma kimi təsirləri ilə seçilən bu alternativ müalicə üsulu, həm tibbi, həm də dini baxımdan əhəmiyyət daşıyır.


İnanc baxımından hicama ənənəvi olaraq sünnətdə qeyd olunan xüsusi günlərdə tətbiq edildikdə daha təsirli sayılır. Mütəxəssislər bildirirlər ki, hicama üçün ən münasib tarixlər ayın ortasına yaxın günlərdir. Əksinə, çərşənbə və şənbə günləri hicama üçün tövsiyə edilmir, bu günlərdə müalicənin təsirinin azaldığı düşünülür.
Qeyd edək ki, 2025-ci ilin iyun ayında tam ay hadisəsi 11 iyun Çərşənbə gününə təsadüf edəcək. Tam ay günləri də hicama üçün münasib hesab edilmir.

 

Bu səbəbdən iyun ayında hicama üçün uyğun günlər 13, 15 və 17 iyun tarixidir.

 

Qeyd olunur ki, tibbi zərurət yarandığı hallarda hicama istənilən vaxt tətbiq oluna bilər. Bununla belə, dini və ənənəvi tövsiyələrə uyğun olaraq yuxarıda göstərilən tarixlərdə terapiyanın daha faydalı olacağına inanılır.

 

Fidan Hacızadə
Sfera.az 

 


OXŞAR XƏBƏRLƏR

"Rusiya azərbaycanlıları hədəf alıb"

Bir zamanlar Qarabağda “sülhməramlı missiya” adı ilə fəaliyyət göstərən qüvvələrin indi dinc azərbaycanlılara qarşı zorakılıq və təxribatlarla yadda...

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keç...

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA)...

Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər...

Bakı Tikiş Evinin (BTE) məktəbli formalarına tətbiq etdiyi yeni endirimli satış qiymətləri məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Oxu....

Nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT - FOTO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib.   Sfera.az xəbər verir ki,...

Məşhur aktrisa sevgilisini öldürdü - FOTO

Avstraliyada realiti-şou və reklam filmləri ilə tanınan 34 yaşlı aktrisa Tamika Çesser, sevgilisi Culian Storini amansızcasına qətlə yetirməkdə və cəsədini hiss...