Məşhur müğənni səhnədə ŞOK YAŞADI


Məşhur müğənni səhnədə ŞOK YAŞADI

Türkiyənin məşhur müğənnisi Murat Dalkılıç Şanlıurfada verdiyi konsert zamanı xoşagəlməz hadisə ilə üzləşib.

 

Sfera.az xəbər verir ki, səhnəyə ard-arda plastik şüşələrin atılması müğənninin çıxışını çətinləşdirib.

 

Dalkılıç bir neçə dəfə tamaşaçılara xəbərdarlıq edərək bu hərəkətin yolverilməz olduğunu bildirib. O, əsəbi şəkildə deyib:

 

"Dostlar, nə edirsiniz axı? Baxın, çıxıb gedərəm, doğrudan gedərəm!"

 

Konsert zamanı səhnəyə tərəf atılan plastik butulkalar ön sıralarda dayanan bəzi tamaşaçıların başına dəyib. Bəzi şüşələr isə birbaşa müğənninin dayandığı səhnəyə qədər çatıb. Bütün bunlar Murat Dalkılıç üçün səhnədə çətin anların yaşanmasına səbəb olub. O, konserti çətinliklə də olsa sona çatdırıb və tamaşaçılara bir daha bu cür davranışların qəbuledilməz olduğunu bildirib.

 

Qeyd edək ki, Murat Dalkılıç burnundakı anadangəlmə problemə görə 11 dəfə əməliyyat olunub.  (Musavat.com)


OXŞAR XƏBƏRLƏR

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...