"Azərbaycan mətbəxi üçün 4 inkişaf istiqaməti müəyyən edilib"

"Azərbaycan mətbəxi üçün 4 inkişaf istiqaməti müəyyən edilib"

"Azərbaycanın zəngin mətbəx irsi və qastronomiya potensialı əsasında növbəti üç il üçün genişmiqyaslı inkişaf strategiyası müəyyənləşdirilib. Bu plan dörd əsas istiqaməti əhatə edir: elmi yanaşma və təhlil, təhsil sisteminin inkişafı, milli brendin formalaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi".

 

Sfera.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan qastroturizm perspektivləri” mövzusunda keçirilən brifinqdə Azərbaycan Dövlət Turizm Agrentliyinin Qastro  Turizmi bölümünün rəhbəri Səkinə Əsgərova deyib.

 

 

 

“İlk istiqamət qastronomiya sahəsində elmi yanaşmanın gücləndirilməsidir. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə müxtəlif tədqiqat və tədbirlər həyata keçirilir. Milli dadlar.az portalı çərçivəsində milli mətbəx nümunələrinin toplanması və sistemləşdirilməsi istiqamətində geniş işlər görülüb. Əsas məqsəd qastronomiyanın tarixi əsaslara söykənən konseptual modelinin yaradılmasıdır”,- Səkinə Əsgərova bildirib.

 

Onun sözlərinə görə, İkinci istiqamət qastronomiyanın bakalavr səviyyəsində tədrisinə başlanılmasıdır: “Hazırda regionlarda fəaliyyət göstərən bir çox aşpazların peşə səviyyəsi məhduddur. Buna görə də bu sahədə ali təhsilin tətbiqi prioritetlər sırasındadır. Eyni zamanda, sənayenin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara malik kadr ehtiyacını qarşılamaq üçün müvafiq proqramlar hazırlanır. Üçüncü istiqamət milli qastronomiya brendinin yaradılması və vahid vizual konseptin formalaşdırılmasıdır. Bu çərçivədə “Azərbaycan QOST” adlı konseptin hazırlanması üzərində iş aparılır. Portal vasitəsilə bu məlumatlara bir kliklə çıxışın təmin edilməsi nəzərdə tutulur. Məqsəd isə milli mətbəxin daha sistemli və tanınan formada təqdim olunmasıdır. Dördüncü istiqamət beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və əmtəə nişanlı qastronomiya məhsullarının yaradılmasıdır. Bu çərçivədə yaxın illərdə bir sıra nüfuzlu tərəfdaşlarla layihələrin həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, ölkəyə səfər edən turistlər üçün qastronomiya sahəsində daha zəngin və dərin təcrübənin təqdim edilməsi nəzərdə tutulur və.s”.

 

O, həmçinin qeyd edib ki, bu strategiyaya ölkənin şərabçılıq və üzümçülük sahələrinin inkişafı da daxildir. Bu istiqamətdə keçirilən tədbirlərin növbəti illərdə daha da genişləndirilməsi planlaşdırılır:


"Azərbaycanın qastronomiya sahəsində atdığı bu addımlar milli mətbəxin qorunması və dünya səviyyəsində tanıdılması ilə yanaşı, turizm və iqtisadiyyatın inkişafına da ciddi töhfə verəcək".

 

Fidan Hacızadə

 


OXŞAR XƏBƏRLƏR

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...