Bu müəllimlərə ŞAD XƏBƏR - Maaşlarında artımlar olacaq


Bu müəllimlərə ŞAD XƏBƏR - Maaşlarında artımlar olacaq

Bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə sertifikasiya imtahanları keçiriləcək. Həmçinin, ötən il imtahandan uğurla keçə bilməyən müəllimlərə yenidən iştirak haqqı veriləcək.

 

Sfera.az xəbər verir ki, təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18,19, 29, 24 və 25 iyun tarixlərində təşkil olunacaq. Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirakçının şəxsi kabinetinə göndərilib. İmtahan nəticələrindən asılı olaraq bəzi müəllimlərin əmək haqqında artım olacaq. 

 

Bəs maaş artımı hansı hallarda olacaq? 

 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllim əgər müvafiq olaraq 30 baldan 50 bala qədər toplayarsa, onun əmək haqqına 5 il ərzində 10 faiz 50 baldan yuxarı yəni 51 bal toplayarsa, onun əmək haqqına 35 faiz əlavə olunacaq:

 

"Müəllimlərin əmək haqqını situmullaşdırmaq üçün vacib bir alətdir. Bəzən sertifikasiyada yüksək bal toplayan müəllimlərin şagirdləri yüksək nəticə göstərmirlər. Ötən il müəllimlərin təkrar sertifikasiya imtahanında iştirak edən 7296 müəllimdən 3909-u müvafiq keçid balını toplaya bilməyib. Onlardan 3242-ü ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimləridir. Bu ildə təkrar sertifikasiya üçün imtahan təşkil ediləcək".     

 

Ekspertin sözlərinə görə, mövcud qaydalara əsasən, şərti olaraq bir müəllim 2023-cü ildə sertifikasiya imtahanında keçməyibsə, ona bir il vaxt verilir. Yəni növbəti ildə həmin sertifikasiya imtahanına girə bilər. 

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2026-cı ilə qədər 135 min təhsil verənin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır. 


OXŞAR XƏBƏRLƏR

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...